Ramiz Qusarçaylı – Cığalı təcnis

sddefaultSərdi yollarını qədəmlərimə,
Basdı gül bağrına Qandallar məni.
Şair deyər qandallar,
Qan görməsin qandallar,
Tovuz təcnis diyarı,
Gül bəndidi Qandallar.
Əsriyin hər daşı güllü qafiyə,
Yazmasam dilimdən qandallar məni.

Göy mavi taladı, yer sarı tala,
Göydən nur yağdırır yer sarı, tala,
Şair deyər taladı,
Hər yan güllü taladı,
Allah, bu nə gözəllik
Heyrətimi taladı.
Təcnisə ən qolay yer Sarıtala
Çəkir cinas-cinas qandallar məni.images

Qış gələr, bəmbəyaz qar alar kəndi,
Nə çilə, nə çovğun qaralar kəndi,
Şair deyər, qaralar,
Qarda itər qaralar,
Səngər-səngər alındım
Bir qaladı Qaralar.
Qədim cəng yeridi Qaralar kəndi,
Süzür qan budaqlar,qan dallar məni.

Ramiz, yaşıl yazıb, göyə baxan, mən,
İçib Ağ bulaqdan, göyə baxan, mən,
Şair deyər, ağ bulaq,
Göy şəlalə, ağ bulaq,
Bulaqların içində
Ağ nağıldı Ağbulaq.
Bu lütfü unutsam Göyəbaxan, mən,
Donar damarında qan, dalar məni.

Yazıya 37 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.