Nizami Kino Mərkəzində “Çarə Sizsiniz” və “Əngəl Sərhəd Tanımaz” komandasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29 cu illiyinə həsr olunmuş tədbir baş tutdu.

20 yanvar

Nizami Kino Mərkəzində “Çarə Sizsiniz” və “Əngəl Sərhəd Tanımaz” komandasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29 cu illiyinə həsr olunmuş tədbir baş tutdu.

“Olaylar.az” xəbər verir ki, 20 yanvar 2019-cu il tarixində Nizami Kino Mərkəzində “Çarə Sizsiniz” və “Əngəl Sərhəd Tanımaz” komandasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29 cu illiyinə həsr olunmuş tədbir baş tutdu.

Tədbir şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla anmaqla başladı və daha sonra himn səsləndirildi.

Tədbirin aparıcılığı həvalə olunmuş Çarə Sizsiniz komandasının könüllüsü Ülviyyə Mütəllimzadə 20 Yanvar hadisələri haqqında geniş məlumat verdi. Daha sonra Şəhidlərin xatirəsinə hitaf olaraq eşitmə və danışma məhdudiyyətli dostlarla birlikdə hazırlanan video rolik təqdim edildi. Video rolik izlənildikdən sonra keçid üçün bu günün əsas təşkilatçıları olan Çarə “Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova və “Əngəl Sərhəd Tanımaz” komandasının rəhbəri Həsən Məmmədova söz verildi. Beləki onlar da bu gün haqqında və tədbir haqqında öz fikirlərini bildirdilər. Hər biri öz növbəsində video rolik və bu tədbirin nə üçün işarə dili dilində tərcümə edildiyi, məhdudiyyətli dostlarla birlikdə hazırladıqları haqqında ətraflı məlumat verdilər. Daha sonra isə videonun ərsəyə gəlməsində, işarə dili ilə bağlı məsələlərdə komanda üzvlərinə sonsuz dəstək göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2N li xüsusi internat məktəbinin müəllimi, həmçinin Araxçın MMC/Silent Communication komandasının təlimçi və surdotərcüməçisi olan Könül Quliyeva səhnəyə dəvət olundu. Könül xanım tədbir iştirakçılarını salamladıqdan sonra , bu gün haqqında öz fikirlərini bölüşdü.

Tədbir iştirakçılarına, qonaqlara söz verildikdən sonra isə bu günün ərsəyə gəlməsində əməyi keçən bütün könüllülər tək – tək səhnəyə dəvət edildi. Sonra Çarə “Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova bu günkü tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirərkən, eyni zamanda bütün tədbir boyu çıxışları işarə dilinə tərcümə edən Araxçın MMC/Silent Communication komandasının surdotərcüməçisi və təlimçisi olan Şamil Sabirzadə xüsusi təşəkkürünü bildirdi. Tədbir Çarə “Sizsiniz” komandasının könüllüsü Günel Cəfərovanın öz yazdığı şəhidlərin xatirəsinə hitaf olan “Şəhid Məktubu” adlı şeirini söylədikdən sonra yekunlaşdı.

Tədbirdə müğənni Elnarə Xəlilova, aktyor Elməddin Cəfərov , Araxçın MMC -nin rəhbəri Fatimə Süleymanova, Koorperasi Universitetinin dəyərli müəlliməsi Firuzə Əliyeva, Silent Communication komandasının könüllüləri, “Əngəl Sərhəd Tanımaz” və Çarə “Sizsiniz komandalarının könüllüləri, xeyriyyəçilər, bir sıra gənclər, məhdudiyyətli dostlar və mətbuat nümayəndələri iştirak edirdi.

Yazıya 540 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.