Səlim Babullaoğlunun “Noyabr gündəliyi” kitabı nəşr olunub

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun şeirlərindən ibarət “Noyabr gündəliyi” adlı kitab işıq üzü görüb.

Müəllifin əsərləri indiyədək dünyanın 30-a yaxın dilinə tərcümə olunaraq Türkiyə, Almaniya, Polşa, Rumıniya, Macarıstan, Danimarka, Ukrayna, Gürcüstan, Litva, İran, Serbiya və digər ölkələrdə nəşr edilib. “Zərdabi Nəşr” MMC tərəfindən çap olunan bu kitabda isə S.Babullaoğlunun Azərbaycan və rus dillərində poetik nümunələri yer alıb.

Qeyd edək ki, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin layihəsi çərçivəsində bundan əvvəl də bir sıra kitablar oxuculara təqdim olunub. Onların sırasında Xalq yazıçısı Anarın rus dilində “Gəl qoşulaq durnalara”, Türkiyəli yazarlar Mahmut Özkoca və Bülənt Uyğurun həmmüəllifi olduqları “Əzrayılın göz yaşları” (Azərbaycan dilində), Qəni Camalzadənin türk dilində “Şeytana daş atanlar” və Rəşad Məcidin Azərbaycan, türk, özbək, qazax və qırğız dillərində “Şuşa dəftəri” kitabı yer alır.

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.