10 iyun tarixində yazıçı-şair Qulu Ağsəsin yeni nəşr olunmuş “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçiriləcək.
Litera Books & Coffee-nin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə müəllifin yaradıcılığı, yeni kitabın məzmunu, ədəbi-estetik xüsusiyyətləri və müasir Azərbaycan ədəbiyyatındakı yeri haqqında fikir mübadiləsi aparılacaq.
Oxucular və ədəbiyyatsevərlər təqdimat zamanı müəlliflə görüşmək, kitabı əldə etmək və imza almaq imkanı qazanacaqlar.
Tədbir saat 12:00-da Litera Books & Coffee məkanında (Z. Xəlilov küçəsi 43) keçiriləcək.
Ədəbiyyatsevərlər tədbirə dəvət olunurlar.
Yazıya 9 dəfə baxılıb








