11 iyun 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış nasir, şair, publisist və dramaturq Qərib Mehdinin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.
Tədbirdə görkəmli ədibin zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, nəsr, poeziya, publisistika və dramaturgiya sahəsindəki xidmətləri barədə məruzələr dinləniləcək, onun həyat və fəaliyyətinə dair xatirələr bölüşüləcək.
Yubiley mərasimində yazıçılar, alimlər, mədəniyyət xadimləri, oxucular və ədəbiyyatsevərlər iştirak edəcəklər.
Tədbir saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda (Xaqani küçəsi 53) başlanacaq.
Qeyd edək ki, tədbir AYB Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək.
Yazıya 5 dəfə baxılıb








