AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında yazıçı, şair-publisist Rəşad Məcidin şeirlərindən ibarət “Şuşa dəftəri” adlı kitab nəşr olunub.
“Zərdabi Nəşr” MMC tərəfindən çap edilən kitabda müəllifin Azərbaycan, Türk, özbək, qazax və qırğız dillərində Qarabağ mövzusuna, xüsusilə Şuşaya həsr olunmuş şeirləri yer alıb.
Qeyd edək ki, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi çərçivəsində bundan əvvəl də bir sıra nəşrlər oxuculara təqdim olunub. Onların sırasında Xalq yazıçısı Anarın rus dilində “Gəl qoşulaq durnalara”, Türkiyəli yazarlar Mahmut Özkoca və Bülənt Uyğurun həmmüəllifi olduqları “Əzrayılın göz yaşları” (Azərbaycan dilində) və Qəni Camalzadənin türk dilində “Şeytana daş atanlar” romanı da yer alır.
Yazıya 6 dəfə baxılıb








