Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı tədbir keçiriləcək

73302078_2581711775230279_7028511102828806144_nƏziz ədəbiyyatsevərlər!
Noyabr ayının 3-də ustad şair, Çanaqqala universitetinin professoru Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı və xalq şairi Sabir Rüsrəmxanlının aparıcılığı ilə baş tutacaq tədbir saat 15.00-da Aktyorlar evində düzənlənəcək.
Yubiley mərasimində poeziyasevərlərlə yanaşı dəyərli ziyalılar, millət vəkilləri, tanınmış sənətçilər də iştirak edəcək.
Tədbirdə həmçinin Məmməd İsmayılın yenicə çap olunmuş “Gəlməyə vaxtmı tapdın, 80 yaşım” adlı şeirlər kitabı da təqdim olunacaq.
Giriş sərbəstdir.

Yazıya 557 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.