Tanınmış tənqidçi Əsəd Cahangir Fərqanə Mehdiyevanı ziyarət etdi

75264895_3052277904785867_4384152536714575872_nTanınmış tənqidçi Əsəd Cahangir uzun müddətdir xəstəlikdən əziyyət çəkən şair Fərqanə Mehdiyevanı ziyarət etdi. Onun söylədiklərinə görə Fərqanə xanımın səhhətində irəliləyişlər açıq-aşkar hiss olunur: “ Fərqanə xanım müasir Azərbaycan poeziyasının ən sayılıb-seçilən, istedadlı nümayəndələrindən biridir. Onun səhhətində yaranmış problem bizim hamımızı dərindən narahat edir, düşündürür. Çünki, o, bu hörməti həm istedadı, həm də insanlığı ilə qazanmışdır. Sağ olsun Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, başda Anar müəllim olmaqla, Fərqanə xanımın səhhətində yaranan bu problemə etinasız qalmadı, həm maddi, həm də mənəvi dəstək oldu. İnanıram ki, bundan sonra da belə olacaqdır. Fərqanə xanım ən yüksək fəxri adlara layiqdir. O, uzun illərdir ki, məhsuldar ədəbi fəaliyyətlə məşğuldur, “Ulduz” jurnalında poeziya şöbəsinə rəhbərlik edir. Azərbaycan poeziyasını İranda, Türkiyədə müxtəlif şeir buluşmalarında, festivallarda ləyaqətlə təmsil edib. Mən bütün qələm dostları adından, yazarlar adından Fərqanə xanıma cansağlığı arzu edirəm, ümidvaram ki, o, tezliklə sağalacaq və bizi sevindirəcəkdir”, söyləyən Ə. Cahangir Fərqanə xanımın mənzil probleminin də tezliklə öz həllini tapacağına inandığını söylədi.

Yazıya 885 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.