Şair Qədiməli Əhməd vəfat edib

Şair, publisist  Qədiməli Mahmud oğlu Ağayev (Qədiməli Əhməd) vəfat edib.

Qədiməli Əhməd 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Bədii, elmi və publisistik yazıları müxtəlif illərdə bir sıra qəzet və jurnallarda dərc olunub.

O, səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası”, “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” kimi əsərləri oxuculara tanışdır.

Qədiməli Əhmədin vəfatı Azərbaycan ədəbiyyatı və publisistikası üçün itki olub.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir və Mərkəzin bütün kollektivi mərhum Qədiməli Əhmədin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.