XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ

Xocali(“Aldanma sözlərə” romanından)

Səmədlə Əzizənin  nigarançılığına isə doğrudan da, əsas vardı. Ailə təhlükə qarşısında idi. Sergeylə Samvel əli silahlı həyətdə hərlənir, gəlinin onlara təslim ediləcəyini gözləyirdilər. Nizam kişi əlinin işarəsi ilə qadınlara arxa otağa keçməyi buyurub həyətə  düşdü. Mərdi-mərdanə üzünü ermənilərə tutub:

  • Sergey, Samvel, siz də silahlısınız, mən də. Gəlin, qan tökməyək. Onu bilin və yadda saxlayın ki, gəlini sizə verməyəcəyəm.

Samvel özündən çıxaraq:

  • Ay köpək oğlu, demək, bizi aldadırdın? – deyə qışqırıb yerə  tüpürdü.

Nizam kişi də səsini qaldırdı:

  • Ağzını təmiz saxla. Köpək oğlunun səsi gəlir! – deyib dayandı. – Bir mənə qulaq as, sonra…

Nizam başa düşürdü ki, bunlarla atışmağın xeyri yoxdur. Çalışıb xətanı bir təhər sovuşdurmalıdır. Odur ki, Sergeyə müraciətlə:

  • Sergey, sən bu Samvelə qoşulub mənim namusuma sataşmaq istəyirsən? Samvelin əməllərindən xəbər tutsan, əllərinlə onu boğarsan, ya da əlindəki tüfəngi ona tuşlayıb, bütün güllələrini başına çaxarsan.

Sergeyi maraq götürdü:

  • Neyləyib bu Samvel?

- Daha bundan artıq nə edəcək? Bütün kənd bilir ki, Samvel sənin arvadın Siranuşun aşnasıdır.

Sergey Nizamı unudub Samvelin yaxasından yapışdı:

- Sənin arvadının… Ara, a dığa, a supa oğlu, mənim arvadıma… Sən ha… O-bu sənin arvadını qamarlayır…

Onlar süpürləşməyə başladılar. Nizam cəld tövlənin arxasına keçdi. Bu işin axırını gözləməyə başladı. Az sonra  süpürləşmə ara verdi. Onların səsi eşidildi:

- Sergey, bu türklər söz bəzəyəndirlər. Görürsən, söz atdı,  özü də aradan çıxdı. Sənin başını piyləyirdi. Sən öl, Siranuş mənim bacımdır. Adam da bacısına sataşar. Ağılsızsan, düşmən sözünə inanırsan.

Özünü birtəhər ələ alan Sergey Samvelə:

- Bu it oğlu yenə bizi  aldadır, - dedi. – Onun silahı  nə gəzir?! Siyahıya özüm baxmışam. Hamıdan yığıblar. Olsa-olsa bu kaftarın sapandı olar. Özünü qoru, vurub gözünü tökər, Samvel.

Sergey tüfəngi qaldırıb Nizam kişiyə sarı bir güllə atdı. Səs  gəlmədi:

  • Gördün əclafı. Silahı olsaydı, cavab verərdi.

Samvel:

  • Ara, bəlkə gəbərib … Gedək, arvadları eşiyə çıxaraq.

O, irəli keçmək istəyəndə Sergey onu saxladı. Nizam kişiyə sarı yenə bir güllə atdı:

  • Ara, düz deyirsən, Samvelcan, ya ölüb köpək oğlu, ya da başını götürüb qaçıb… Gedək arvadların dalınca…
  • Ağ eləmə, biri bəsdir. Fatma qocadır, yerinə batıranın biridir.

Onlar evə keçmək istəyəndə Nizamın səsi gəldi: Allahınız olsun tökün bu daşı ətəyinizdən…  Atışma başlandı. Sergey qolundan yaralandığını görüb tez Samvelə:

  • Məni vurdu… Gəl, gedək, köməyə adam çağıraq.

Bu yerdə deyirlər: “Erməni qan gördü, qorxdu”. Onlar yola  düzəlmək istəyəndə atəş yenidən açıldı. Samvel ürəyini tutub yıxıldı. Sergey tez aradan çıxdı.

Nizam kişi cəld qadınları götürüb meşəyə sarı qaçmağa başladı. Daha kənddə qala bilməzdilər. Onları axtaracaqdılar. Üstəlik kim onlara sığınacaq versəydi, onu da, ailəsini də güllədən  keçirəcəkdilər. Az sonra ermənilər – kimisinin əlində tüfəng, kimisinin əlində məşəl, balta, tapança, yaba, qumbara Nizamın evini üzük qaşı kimi dövrəyə aldılar. Onları tapa bilməyib evə od vurdular:

  • Qaçıblar əclaflar. Ancaq uzağa gedə bilməyəcəklər.

Kimsə dilləndi:

  • Meşəyə getmiş olacaqlar. Oturun maşınlara.

Maşın karvanı meşəyə istiqamət götürdü. Piyadalar ətrafdakı azərbaycanlı evlərinə də əl gəzdirdilər. Mal-heyvanı həyətdən çıxarıb məşəlləri evlərin damına, ot tayalarına atdılar. Yanan evlərin sayı get-gedə artmağa, qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə dirənməyə başladı.

***

Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bilmədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:

  • Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən  bir ermənini  öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.

Sonra Sergey Gözələ yaxınlaşdı:

  • Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin? Həmişə elədiyindən eləyəcəkdin də…

Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:

  • Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra.  Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə  çırpmağa başladı.

Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Birdən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin  ağrıdan  qıvrıldı.

  • Qancıq!

Bunu Suren dedi.

Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istəyəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:

  • Alçaqlar, əclaflar! Bizim ismətimiz  yox, meyitimiz sizə qismət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Sergey təpiyi ilə şüşəni vurub kənara atdı:
  • Qancıq sirkə içdi…

Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:

Bala dağı,

Göy dağıBala dağı.

OyxainBalan ölsün,

Yamandır bala dağı.

Eləmiüzümfələk

Sızıldar üyümfələk

Çəkdin sinəm üstünə,

Çal-çarpaz düyün fələk.

Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaşdılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:

  • Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
  • Başını kəsək.
  • Yandıraq.
  • Gözlərini çıxardaq.
  • Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
  • Qollarını, qıçlarını baltalayaq…
  • Diri-diri yerə basdıraq.
  • Ağaca mismarlayaq.
  • Qarnını yaraq…

Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:

  • Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.

Sergey:

  • Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.

Sergey ağacın aşağıya enən budağına müştəri gözü  ilə baxıb qımışdı:

- Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu…  Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaqlarından.  Aqambek, Zori, siz də qollarından yapışın. İndi arxası üstə atın bunu ağacın üstünə.

Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu budağın  üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qollarından yapışıb növbəti əmri  gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:

  • İndi isə sındırın bu əbləhin belini…

Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın  eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:

  • Bu da mundar oldu, - dedi.

Sergey irəli yeriyib ayağı ilə yoxladı:

  • Düz deyirsən, gəbərib.

Sergey dəstəni başına yığıb təntənə ilə:

  • Samvelin qanını aldıq, - dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.

Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addımladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”.

Sergey sanki yatmışdı, ayıldı. Bayaq kı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: «Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından  dəydim»

***

Ermənilər gedəndən bir qədər sonra Fatma özünə gəldi. Əvvəlcə harada olduğunu anlaya bilmədi. Sonra hadisələr yavaş-yavaş kino lenti kimi gözləri önündə canlandı və inildədi. Zarıltı səsi gəlirdi. Fatma boylandı. Nizam idi. Fatma ərinə kömək etmək istədi. Nizam kişi ağrının təsirindən bağırdı. Tərpənə bilmirdi. Beli qırılmışdı. O, birtəhər:

- Məndə işin olmasın qoy allahın ümidinə qalım. Sən tərpədirsən, ağrım daha da artır. Bu ağrı ilə məni heç yerə apara bilməzsən. Gəlinə bir əncam çək. Necə olmasa namusdur. Mənimki buracan imiş. Gör Gözəli apara bilərsən. Əvvəlcə onu abıra sal. Apara bilməsən, dişinlə, dırnağınla da olsa bir çala qaz, basdır onu. O kökdə burada qalmasın. Fatma Gözələ sarı getdi. Gəlin sinəsi, qıçları açıq yerdə uzanmış, saçları ətrafa dağılmışdı. Onun ölüsü də gözəl görünürdü. Bu gün  əsl ismət, namus nümunəsi göstərmişdi. Fatma təəssüf və sonsuz kədərlə bir müddət onun sifətinə baxdı, sonra göz yaşlarını sinəsinə tökə-tökə əynindəki nazik, nimdaş plaşını soyunub bir təhər gəlinin əyninə geyindirdi. Yaxasını düymələdi. Nizama yaxınlaşıb gözlərindən öpdü. Kişi ona tələsməməyi tapşırdı. Fatma bir müddət gəlini qucağına alıb apardı. Nə yaşı vardı binəvanın?! Arıq, çəlimsiz qız idi. Bir-iki ay idi on səkkiz yaşı tamam olmuşdu. Bir doyunca həyatdan, yardan da kam almadı. Gənc yaşında qismətinə ölüm düşdü. Ancaq şərəfli ölüm idi onun ölümü. Belə ölümü tarixə yazmağa dəyər.

Fatma yola çıxmaq istəyirdi. Burada həmkəndliləri, evindən-eşiyindən  gizlincə köçüb gedən başqa azərbaycanlılara rast gələ bilərdi. Amma ehtiyatlı olmalı idi. Erməni dığaları ilə də rastlaşa bilərdi.

Fatma yorulmuşdu. Mənəvi cəhətdən də, fiziki cəhətdən də. Doğma və ən yaxın adamlarından ikisini itirmişdi. Evi dağılmışdı. Vətəndən didərgin düşmüşdü. Bu qədər qayğıların, dərd-ələmin altında qəddi bükülmüş, gücü tükənmişdi. Gəlini apara bilmirdi. Yıxılır, qalxır, bir-iki addım atır, dayanırdı. «İlahi! Mənə güc ver, qüvvə ver! Gözəli burada qoyub necə gedim, hara gedim? Ərim qaldı heç olmasa gəlini – namusu bir yana çıxaraydım, bir qarış torpağa tapşıraydım. Ata-anasına, oğluma nə cavab verəcəyəm? Fikirləşəcəklər ki, öz canım əziz  olduğundan onu qurtardım, gəlini ərimi isə qoyub gəldim. Gözəli burada qoyub getsəm, qurda-quşa yem olar. Fatma gəlini qucağından yerə qoyub, plaşının ətəyindən yapışdı, arxasınca çəkməyə başladı. Bir müddət beləcə getdi. Ancaq donmuş, keyimiş əlləri sözünə baxmırdı. Yıxıla-dura yola sarı getdi ki, bəlkə köməyə bir allah bəndəsi tapa. Beş-on dəqiqə  keçmişdi ki, yol göründü. Bir ağacın arxasına keçib yolu pusmağa başladı. Uzaqdan kənd görünürdü. Od vurulmuş evlərdən ətrafa tüstü yayılırdı. Hələ ki, yolda-irzdə görünən yox idi. Hərə bir tərəfə dağılmışdı. Dəstə ilə yola çıxmaq qorxulu idi.

Fatma beləcə xeyli gözlədi. Uzaqdan bir maşın gəlirdi. O, ölümü gözünün qabağına alıb yola çıxdı: “Ya pənah, azərbaycanlılar olar birdən”.  Həyəcandan ürəyi az qalırdı sinəsindən çıxa. Dəhşət, vəhşət, aclıq, əzizlərini itirməsi, ölüm qorxusu, gəlinə görə daşıdığı məsuliyyət, namus, irz… Maşın yaxınlaşanda başı gicəllənib yerə yıxıldı. Maşındakılar onu gördülər.

Yazıya 471 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.