Gəncədə “Dünyanın 100 Qadın Rəssamı” , “Çağdaş dünya rəssamları“ Kataloqlarının və Turan Birliyi medalının təqdimat mərasimi keçirildi

02.05.2025 tarixində Gəncə şəhərində “Dünyanı Sənət Xilas Edəcək” layihəsi çərçivəsində nəşr olunan “Dünyanın 100 Qadın Rəssamı” və “Çağdaş Dünya Rəssamları “ adlı beynəlxalq kataloq-kitabların təqdimat mərasimi baş tutub. Tədbirdə kataloqa Gəncədən daxil olan rəssamlarla yanaşı, şəhərin ictimaiyyət nümayəndələri, sənətsevərlər və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimində layihənin ideya müəllifi, “Dünyanı Sənət Xilas Edəcək” hərəkatının rəhbəri, UASB Azərbaycan və Orta Asiya təmsilçisi Nəvai Metin Məmmədoğlu çıxış edərək Gəncənin mədəni irsindən söz açıb. O, həm tarixi, həm də bu günkü dövrdə Gəncə şəhərinin incəsənət və mədəniyyət həyatında önəmli rol oynadığını vurğulayıb.

Təqdimat mərasiminin xüsusi hissəsində Gəncə şəhərinin mədəni həyatında əvəzsiz xidmətləri olan, Turanın Xalq Rəssamı Şaiq Məmmədova “Turan Birliyi” medalı təqdim olunub. Medal, Əmir Teymur Xeyriyyə Fondu tərəfindən təsis olunub və sənət sahəsində seçilən şəxsiyyətlərə verilir.

Medalı təqdim edən Nəvai Metin mərasim iştirakçılarını fondun rəhbəri Yoldaşbek Monoldorovun adından salamlayaraq, bu mükafatın xüsusi məna daşıdığını qeyd edib. O, Turan coğrafiyasında sənət adamlarının birliyinin və qarşılıqlı dəyərlərin paylaşılmasının önəmini vurğulayıb.
Tədbir Yazıçılar birliyinin Gəncə bölməsində baş tutmuşdur.

Qeyd edək ki, “Dünyanın 100 Qadın Rəssamı” kataloqu Azərbaycan, türk və ingilis dillərində nəşr olunaraq müxtəlif ölkələrdən olan qadın sənətkarların yaradıcılığını bir araya gətirir və qlobal sənət dialoqunu təşviq edir.

Yazıya 23 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.