Sabir Rüstəmxanlı – “Xocalıdan sonra…”

87467388_10158385017359767_6093034884656267264_nXocalıdan sonra özümdən zəhləm gedir,

Qohumumdan, qonşumdan,
“Müstəqillik yolundan”,
“azadlıq vuruşundan”,
Görüşümdən, şerimdən,
sözümdən zəhləm gedir!

Nə iş başlayıram, hara gedirəm
Üzü bahar olur, üzü qış olur
Dünyanın ən böyük möcüzələri
Məni torpağımdan qoparmış olur,
Bir anlıq əyləncə – şimşək işığı,
Sonra qara zülmət başlanır yenə.
Düşmən süngüsündən ümid diləyən
bir ana baxışı, gəlin baxışı,
Bir qisas baxışı, ölüm baxışı
Mənim daş üzümə tuşlarnır yenə.

Asılıb qalmışam vaxt boşluğunda,
Daha bir sabahım, o keçmişim yox!
Mənim Xocalıdan başqa tarixim,
Mənim Xocalıdan başqa işim yox!

Yazır Malıbəyli məktəbliləri
Qırx uşaq əlinin izi kağızda:
“Çınqılda bənövşə açılıb gəlin,
Axı demişdiniz gələrəm yazda”.
Çınqılda bənöşə açılır yenə,
Şuşa dağlarında əriyəcək qar
Hardadı məni də bir adam sayan
Yolumu gözləyən doqquzuncular.

Mənə bu xəcalət ölümdən betər,
Biz o mart günündən hayana qaçaq
Millət dövlətsiz də yaşaya bilər,
Kişisi cırlaşsa öləcək ancaq.
Daha Allaha da inamım qalmaz,
Mənə bu qisməti fələk qıyıbsa.
Bu dərdi heç nəylə ovutmaq olmaz
İntiqam məlhəmi tapıılmayıbsa.

Yazıq! Canı yoxkən hələ sağ olan,
Beş ildi vuruşu ağlamaq olan,
Əli qılıncına yetə bilməyən,
Bu ölə bilməyən, itə bilməyən,
Kürsü qəhrəmanı bizlərə yazıq,
Yazıq “namus” deyən o gəlinlərə,
Yazıq nifrət saçan gözlərə yazıq!

Xocalıdan sonra
Qısılıb səsim…
Səsim o dağlara ilişib qalır.
Xocalı ləkəsi daşıyan millət,
Vuruşdan savayı nə işin qalır?!

Yazıya 493 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.