AKİF ABBASOV – ŞAHZADƏ II MƏHMƏTİN AİLƏ HƏYATI

akif abbasov (“Fateh Sultan Məhmət” romanından

Məhmət artıq 14 yaşına çatmışdı. Sultan Xədicə Alimə Hüma xatuna:

-İstəyirəm Məhməti evləndirəm, – dedi.

-Tez deyilmi? Uşağın 14 yaşı var.

-Tez niyə olur?

-Bilirsən niyə birdən-birə bu fikrə düşdüm? Bizim hərəmxanamızda Əminə Gülbahar  adlı bir qız var. Nağıllarda deyildiyi kimi, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Təsadüfən qızı gördüm və onun gözəlliyinə, qanacağına, mərifətin heyran qaldım. Bu qızı Məhmətə almaq istəyirəm.

-Əsilli nəsilli deyil axı.

Sultan inamla:

-Deylsə də, olacaq, – dedi. -Ağıllı, dərrakəli, ağır qızdır.

Xədicə Alimə Hüma xatun etiraz etməyə səbəb görmədi:

-Sultanım, məsləhət sənindir.

Toy tədarükü gördülər. Şahzadə II Məhmət  Əminə Gülbahar xatunla xoşbəxt həyat sürməyə başladı, can deyib, can eşitdilər.

Bir müddət sonraŞahzadə II Məhmət Manisayayola düşdü. Bu evlilikdən onların bir oğlu oldu. Adını Bəyazid qoydular – II Bəyazid. İldırım Bəyazidin xatirəsinə hörmət əlaməti olaraq. Çox sonralar Gövhərxan xatun adlı qızları da  dünyaya gəldi.

Şahzadə Məhmət üç il sonra Manisada sancaqbəyi olduğu vaxtlarda daha iki dəfə evləndi. Qaramanoğullarından İbrahim Bəyin qızı Gülşah xatun  (Şahzadə Mustafanın anası) və  Dulqadiroğulları Bəyliyinin altıncı hökmdarı olan Süleyman Bəyin qızı  Sitti Mükrimə xatunla ailə qurdu.

1450-ci il.   II Murad  Şahzadə Məhmətlə Mükrinə Siiti xanımın  toyunu son dərəcə dəbdəbəli etdirdi. Bütün Anadolu bəyləri toya çağırılmışdı.

Şahzadə II Məhmət Mükrinə Sitti xatunu öncə Bursaya, oradan isə Ədirnəyə apardı. Gəlin gənc əri ilə üç ay Ədirnədə gözəl, mənalı günlər yaşadılar. Sonra  Manisaya döndülər.

Mükrinə Sitti xatun Şahzadə Məhmətin çox sevdiyi xanımlardan idi. Sonralar II Məhmət Sultan olarkən da onu sevgi və qayğı ilə əhatə edirdi. Sitti xatun istəkli ərinin hakimiyyəti dövründə Ədirnədə böyük bir saray inşa etdirdi.

Şahzadə Məhmətin ManisadaSitti xantunlagünləri xoş keçirdi. Dövlət işləri ilə məşğul olmaqla yanaşı şeirlər də yazırdı. Xanımları onun şeirlərini xoşlar, boş vaxtlarında oxuyardılar. Onların əksəriyyəti sevgi şeirləri idi. Şeirlərini öz sevimli arvadlarına həsr edirdi. Budur, bağçanın sərinliyində yellənçəkdə əyləşən Mükrinə Sitti xatunun səsi eşidilir:

Gözümdən axan yaş vardırmı, qan vardırmı?

Ləbü yadına lal-u mərcan vardırmı?

Könüldə nə var isə faş etdi göz,

Seni sevdiyim yar pünhan vardırmı?

 

Gözüm ilə dərya nicə bəhs

Gözüm kimi ol gövhər əfşan vardırmı?

 

Gönül iztirab ilə oldu həlak,

Gəlin görün keçmək fəlakəti can vardırmı?

 

Demiş Avni’ye mən cəfa etməzəm,

Ona ətrafda yoxsa devran vardırmı?

Mükrinə Sitti xatun pıçıltı ilə:

-Nə gözəl şeirdir? İmza: sevimli həyat yoldaşım, canım Avni (yəni Şahzadə II Məhmət ).

-Təşəkkürlər.

Mükrinə Sitti xatun diksindi. Sən demə, Şahzadə Məhmət dayanıb ona qulaq asırmış.

-Sitti, gözəlim, bu şeiri isə sənə yazmışam. Diqqət et:

Aşk ile viran iden gönlini ma’mûr istemez
Hâtırın mahzûn iden bir lahza mesrur istemez

Hâk-sâr olup hevâ ile gubâr olan gönül
Hâk-i râh-ı yârdan bir dem özin dûr istemez

Hoş gören âkil fena tavrını şöhret gözlemez
Künc-i uzlet isteyen kendüyi meşhur istemez

La’l-i nâba meyi kılmaz bağrını pür-hûn iden
Dâmenin pür-eşk iden lü’lü-yi menşur istemez

Aşk nakdi bir hazînedür ana yokdur zeval
Mâlik olan ‘Avniyâ bir gence gencûr istemez

Mükrinə Sitti xatun ayağa qalxıb Şahzadəyə təzim etdi.  Onun dodaqlarında təbəssüm, gözlərində xoşbəxtlik və sevinc görən Məhmət də gülümsədi.

Bu axşam Şahzadə Məhmət Mükrinə Sitti xatunla gözəl gecə keçirmişdi. Hər ikisi həmin gecənin xoş təəssüratı ilə yaşayırdılar və ani olaraq onu yada saldılar.

Şahzadə Məhmət xanımının otağına gələndə onu özünə tumar verən gördü.   Sitti xatun çimib, ətirlənib cavan ərini gözləyirdi. Ağappaq bədəninə baxdıqca özünün özündən xoşu gəlirdi. Ətli ağ qollarını Məhmətin boynuna dolayanda, çılpaq bədənini onun bədəninə yaxınlaşdıranda ərini necə xoşbəxt elədiyindən xəbəri vardı. Belə ecazkar güc və qüvvətə malik olduğu üçün iftixar hissi keçirirdi. II Məhmət xanımına “İncə dişlim, bal dodaqlım” deyərdi.

Sitti xatun belinə kəmər bağlamışdı. Kəmər qiymətli zinət əşyaları -   almaz və inci ilə bəzədilmişdi.  Kəmərin toqqası xatunun göbək xəttində qərar tutmuşdu. Kəmər da qiymətli və gözalıcı daşlardan ibarət idi.

Sitti xatun baş bəzəyinə də fikir verirdi. O, uzun saçlarını, incə hörüklərini incili lentlərlə bağlayaraq yanda zülüf buraxmışdı. Saçlarının üstünə hotoz oturtmuşdu. Hotozların ətrafı çiçəklər, qiymətli daşlar və brilyant iynələrlə bəzədilmişdi. Sitti xatunun hotozları qışda məxmərdən, yazda isə incə ipək parçalardan ibarət olurdu.

Heyranlıqla Sitti xanıma tamaşa edən Şahzadə Məhmət yaxınlaşıb əllərini onun çiyinlərinə qoydu. Sitti xatunun nüfuzedici baxışları, təbəssümlü sifəti vardı. Üzü də, gözləri də gülərdi. Yanaqları par-par yanardı. Əslində yanaqlarına heç nə sürtmürdü. Anadangəlmə idi bu parlaqlıq, işıqlılıq.

Xanımı gecə köynəyi geydiyindən sinəsi bir qədər açıq qalmışdı. Ağ bədəni vardı, sanki gün görməmişdi. Sitti xatun elə hüsnü-cazibəyə malik idi ki, Şahzadə Məhmət göz çəkə bilmirdi.

Sitti xatun narıncı donu xoşlardı. Amma al da geysəydi ona yaraşırdı, şal da geysəydi. Bir sözlə, o, Məhməti fəth eləmişdi. Qadın, sən demə, doğrudan da böyük qüvvə imiş.

Sitti xatun Şahzadə Məhmətin  qüvvətli qolları arasına girəndə Sultan varından yox olurdu. Belə məqamlarda Şahzadə deyərdi: Mən dünyada iki qadın üçün hər şeyimi verərdim: bir anama, bir də məni həqiqi məhəbbətlə sevən qadına!

Onda Mükrinə Sitti xatun dodaqlarını büzərək:

-Sənin xanımların, qadınların çoxdur:  Gülşah xatun, Çiçək xatun, Gülbahar xatun, bir də Sitti xatun,  … Hansını nəzərdə tutursan?

-Əlbəttə, səni! Sitti xatunumu!

Şahzadə Məhmət başqa xanımları ilə müqayisədə Sitti xatunu həqiqətən çox istəyirdi. Bu xanım həm çox gözəl idi, həm də qəlbi sınıq idi. Övladı olmurdu. Onun nə qədər sevincli günləri olsa da, Şahzadə Məhmət həmişə onun gözlərinin dərinliyində bir qüssə, kədər görürdü. Odur ki, onu daim xoş dindirməklə, ona qayğı və mehribanlıq göstərməklə, gecələr qoynunda yatırtmaqla dərdini yüngülləşdirməyə çalışırdı. Şahzadə Məhmətin digər xanımları Mükrinə Sitti xatuna qısqanclıq göstərsələr də, onun xətrinə dəymirdilər. Şahzadənin övladları üçün Sitti xatunun ürəyi gedirdi. Onlarla öz övladları kimi davranır, oynayıb-gülürdü. Onların anaları da, təbii ki, onun qəlbən necə şad olduğunu görüb məmnun qalırdılar. II Bəyazidə onun məhəbbəti çox güclü idi. Bəlkə də Əminə Gülbahar xatundan da onu çox istəyirdi. II Bəyazidi özünün doğma övladı bilirdi.

Xatunlar arasına Sitti xanımı gözü götürməyənlər də vardı. Bu ona paxıllıqdan irəli gəlirdi. Bir dəfə Sultan Məhmət xanın arvadlardan biri – Helana lağla Sitti xatuna  “Bu qadının da elə bil beli quruyub” deyəndə Gülbahar xatun “Elı niyə deyirsən?! Uşaq Allahın verdiyi paydır. Onun nə günahı?” deyə ona acıqlanaraq,  yerində oturtmuşdu.

 

Ayaq səsləri eşidildi. Şahzadə Məhmət və Sitti xatun düşüncələrdən ayrıldılar. Bir-birinə baxaraq gülümsədilər.

Şahzadə II Məhmətin saray bağçasında gəzişən o biri xanımları da   onlara qoşuldu. Bu xanımlar da şeir həvəskarı idilər. Şahzadədən təvəqqe etdilər ki, yeni şeirlərini oxusun. II Məhmət  onların istəklərini yerinə yetirdi.

           

 

    Yazıya (143) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.