Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində “Fərdi layihələr” kateqoriyası üzrə qalib gəlmiş “Öyrənmə kompası” layihəsinin təlimləri uğurla yekunlaşıb.
“Öyrənmə kompası” qrant layihəsi 5 ay müddətində Samux rayon Sarıqamış kənd tam orta məktəbin direktoru Elnur Qocayev tərəfindən həmin məktəbdə icra olunmuşdur.
Layihənin nəticəsi olaraq şagirdlər arasında , özünü təqdim etmə, müəyyən lüğət ehtiyyatı və sadə ünsiyyət qurma bacarıqları formalaşdırılmış, akademik naliyyətlərində irəliləyiş əldə olunmuşdur. Layihənin sonunda şagirdlərə sertifikatlar təqdim edilmişdir.
Yazıya 13 dəfə baxılıb