OĞLUMA DÜRÜSTLÜYÜ, ƏDALƏTLİ OLMAĞI, CƏSUR OLMAĞI, ÖZÜNƏ İNAMI ÖYRƏDİN!..

lincoln(ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktubdan)

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun (Uilyam Linkoln) müəl­li­mi­nə yazdığı məktub əxlaq kodeksi daşıyan bir məktubdur. Linkoln oğlunu məktəbə gön­dərən zaman onun müəl­liminə məktub ünvanlayır. Mək­təb həyatının ilk gü­­nündən oğlunu müəllimə əmanət edən ata istəyir ki, müəllim oğ­luna dürüstlüyü və əda­­lətli olmağı öyrətsin. Ona qısqanclığın pis bir mərəz ol­du­ğu­nu anlatsın. Müəl­lim­dən oğluna səs­siz gülüşün sirlərini öyrətməyi və həmçinin, oğluna ki­tabları sevməyi, ki­tabların möcüzəli bir nemət olduğunu aşılamağı istəyir. Avraam Lin­koln müəl­lim­dən oğlunun təbiətə vurğun olmasını sevdirməsini istəyir. İstəyir ki, oğlu təklikdə olan za­man göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə en­məyi bacarsın. Ata müəllimdən oğluna məktəbdə səhv etməyi hiylə işlətməkdən da­ha şərəfli olduğunu bil­­­­dirməyi istəyir. Ata məktubda yazır ki, oğluma öyrət fik­ri­nin üs­tündə möhkəm ol­sun, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı ko­bud olsun. Oğluma bildir ki, qazanılan bir dollar tapılan beş dollardan daha də­yər­li­dir. Linkoln yazır ki, oğluma in­­sanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşıları özü­­nə götürməyi və həmçinin kədərləndiyi zaman necə gülə biləcəyini öyrət. Bütün bun­­larla yanaşı, Linkoln istəyir ki, müəllim oğluna əgər oğlu haqlıdırsa dimdik ayaqda qa­­lıb mübarizə aparmağı, səbrsiz olacaq qədər cəsarətə sahib olmağı, cəsur olacaq qə­dər səbrli olmağı öyrətsin. Linkoln istəyir ki, müəllim oğluna özünə inamı öyrətsin, çün­­ki özünə inam olarsa bu yolla onun bəşəriyyətə də inamı daim olacaqdır. Sonda, oğ­­luna qarşı müəllimin mehriban olmasını istəyir.

Göründüyü kimi, atanın (və ya valideynin) oğluna əmanət etdiyi müəllim təbii ki, vətənpərvər, mənəviyyatı təmiz, əxlaqı saf, təlim-tərbiyə fəaliyyətində pedaqoji biliyə də­rin­dən yiyələnən, uşaqlarla humanist münasibət quran, səlis və aydın nitqə sahib və sair yüksək keyfiyyətlərə malik müəllimdir. Necə ki, görkəmli pedaqoq Yan Amos Komenski deyirdi: “Ata kimi sevməsən müəllim kimi hərəkət edə bil­məz­sən”.

Gələcək cəmiyyətin necəliyi müəyyən  mənada müəllimdən asılı­dır. Müəllim bu gün yaşayır, gələcəyi qurur. Buna gö­rə də onun fəaliyyəti gələcəyə yönələn fəaliyyət olub, fəal şəxsiyyət forma­laş­dı­rıl­ması prosesidir. Məktəbli şagird düzlüyü, doğruçuluğu, sə­mi­mi­li­yi, saflığı, ətrafa, cəmiyyətə hörmət və mə­həb­bəti, mehribançılıq kimi yüksək mə­nə­vi və əxlaqi keyfiyyətləri, ümu­mi mədəniyyətə, özünənəzarətə, özünü ələ alma ba­ca­­rı­ğı­na, tələbkarlığa və sair sirlərə müəllimin pedaqoji ustalığı ilə yiyələnir. Bu da şa­­gir­din sonrakı fəaliyyəti üçün əsas və zəmin olur. Bu mənada, Linkoln müəllimdən oğlunun elə yetişdirilməsini istəyir ki, oğlu millətin, cəmiyyətin inkişafında əvəzsiz rol oynasın.

Dünyanın ən qiy­mətli kapitalı, “yer üzünün əşrəfi” (N.Gəncəvi) olan insan və onun tər­biyəsi müəllimə etibar edilir. Cəmiyyətin gələcəyi müəllimin əmə­yin­dən və bu əməyin necəliyindən həlledici dərəcədə asılıdır. Gələcək cəmiyyət məhz müəllimin əli ilə yaradılır, onun zəhməti hesabına qu­ru­lur. Buna görə də müəllimlik, müəllim pe­­şəsi və müəllim bütün dövrlərdə, cəmiyyətin bütün inkişaf mərhələlərində xalq tə­rə­findən müqəddəs tu­tul­muş, ona hörmətlə yanaşılmış, dövrün mütərəqqi fikirli adam­ları ona yüksək qiymətlər vermişlər.

Müəllimin rolu təkcə dərs demək və tərbiyə etməklə məhdudlaşmır. Onun cə­miy­yətdə rolu böyükdür. Böyük rus pedaqoqu K.D.Uşinski bu mü­nasibətlə yazırdı: “Əgər biz həkimlərə öz sağlamlığımızı etibar edi­rik­sə, müəllimlərə uşaqlarımızın əx­la­qını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz Vətənimizin gələcəyini etibar edi­rik”.

Cəmiyyətimizin müasir inkişaf mərhələsində müəllimin üzərinə mü­hüm və­zi­fə­lər və məsuliyyət düşür. Bu gün parta arxasında əyləşən hər bir məktəbli bir neçə ildən son­­ra müstəqil həyata atılacaq və cəmiyyətin ümum­xalq həyatında fəaliyyət gös­tə­rə­cək­­lər. Buna görə də müəllimin başlıca vəzifələrindən biri məhz gənc nəsli gələcək hə­­­yata hazırlamaqdır. Bu işi isə yüksək pedaqoji ustalığa, hərtərəfli hazırlığa və dərin pe­­şə keyfiyyətlərinə malik olan əsl müəllimlər müvəffəqiyyətlə həyata keçirə bi­lər. Müəl­­limin pedaqoji ustalığı dərin məzmunlu və geniş sahəli elə bir prob­lemdir ki, ona yi­­yələnmək, öz işinin əsl ustası olmaq hər bir müəllim üçün uğurdur, şan-şöhrətdir. Pedaqoji ustalıq – müəllimlik fəaliyyətində səriş­təlilik, bacarıqlılıq, mahirlik de­mək­dir. O, müəllimin dərin nəzəri biliyi ilə praktik fəaliyyətinin üzvi vəhdətinin bir­ləş­mə­sin­dən yaranan elə bir sənətkarlıqdır ki, burada artıq onun bütün xüsusiyyətləri – ba­ca­rıq və qabiliyyətləri, şəxsi keyfiyyətləri özünü göstərir.

Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqədar müəl­li­min də fəa­liy­­­yəti ilk növbədə tərbiyə etdiyi şəxsiyyətin gələcəyinə yönəl­di­lir. Başqa sözlə de­sək, müəllimin fəaliyyəti şagirdlərin təlim-tərbi­yə­si­nin gələcək nəticəsinin bu gün məq­­səd ki­­mi qarşıya qoyulub, gələcəyə isti­qamətlənən olması ilə səciyyələnir. Müəl­lim gə­lə­cək cəmiyyətin qu­rucu­su kimi onu indidən qurur, yaradır. Bu isə olduqca ağır və çətin iş olub, əsl ustalıq, yaradıcı yanaşma tələb edir.

Göründüyü kimi, insana həyat verən, onun ağlına, ruhuna, qəlbinə işıq salan müəl­limdir.

Avraam Linkolnun oğlunun müəl­li­mi­nə yazdığı əxlaq kodeksi daşıyan mək­tu­bun­­u oxuduqdan sonra belə nəticəyə gəlirik: Müəllim yaradıcı olsun, müəllim hazır gös­tə­riş­lər­lə yox, hər bir konkret halda qarşıya çıxan problemlərə müstəqil və yaradıcı ya­naş­sın. Sinifdə və ya auditoriyada düşdüyü qeyri-standart vəziyyətdə qərarlar qəbul etsin. Müəllim həqiqi biliklə ya­naşı müasir həyatın Sokratı olsun. Çünki bu gün müasir məktəbə dərsə verilən müasir tələblərlə yanaşı yaradıcı, tədqiqatçı müəllim lazımdır.

 

DSC_0003KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Yazıya (289) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.