Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

 

1568338377_799

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

Kultur.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Musiqi Akademiyasının  Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib.

O bildirib ki, ifadan öncə əsər haqqında danışarkən R.Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim etdiyini deyib.

“Noktürn”ün musiqisi məşhur musiqiçilər R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında əcnəbi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

    Yazıya (96) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.