Zaur Bayramoğlu – DÜŞÜNCƏ (səsli esse)

zaur bBə­zən düşünürəm…

Sa­də­cə bə­zən de­yil, hər gün, hər an düşünürəm…

Ya­pa­caq baş­qa işim də yox­du ki, za­tən düşünmək­dən baş­qa…

Hət­ta bə­zən yu­xu­la­rım­da be­lə düşündüyümü düşünürəm…

Ye­ri­ni də­yi­şik sal­dı­ğım, gündüz ya­tıb ge­cə­lə­ri yu­xu­suz qal­dı­ğım yu­xu­la­rım­da…

Ey­nən mə­həl­lə­nin gözət­çi köpək­lə­ri ki­mi…

Bə­zən nə düşündüyümü be­lə bil­mir, boş düşüncə­lə­ri­mi ağ kağıza tökdüyümdə hə­lə­lik yaz­ma­ğı be­lə ba­car­ma­yan bir körpə­nin cız­dı­ğı əy­ri-üyrü xət­lər top­lu­su ki­mi əca­ib-qə­ra­ib, mə­na­sız mətn­lə­rə ba­xıb bı­ğal­tı gülümsünürəm…

Görə­sən mə­nim yaz­dıq­la­rım ni­yə be­lə mən­tiq­siz və mə­na­sız­dı­r?

Ya əlim­dən yaz­maq gəl­mə­di­yin­dən ola­caq, ya da bir dil­də düşünüb baş­qa dil­də yaz­dı­ğım­dan…

Əs­lin­də bun­lar iki­si də ey­ni dil­lər, ya da ey­ni di­lin şi­və­lə­ri­dir…

Am­ma bə­zi­lə­ri­nə görə sa­də­cə iki fərq­li dil­lər­dir…

Ni­yə bir dil­də düşünüb di­gər dil­də ya­zı­ram de­yə öz-özümə su­al et­di­yim­də ca­va­bı­nı o də­qi­qə bu­lu­ram:

Axı din­lə­di­yim ve­ri­liş­lər, qu­laq as­dı­ğım ki­tab­lar, iz­lə­di­yim in­ter­net sə­hi­fə­lə­ri, hət­ta te­le­fo­nu­mun di­li be­lə bir dil­də, ev­də da­nış­dı­ğı­mız baş­qa dil­də­dir…

Və olan da mə­nə olur…

Söz eh­ti­ya­tım tükə­nir, bə­zən bu gözəl di­li­miz­də bil­di­yim mə­na­la­rın qar­şı­lı­ğı­nı düşünür-düşünür, ta­pa bil­mi­rəm…

Yə­ni Əli aşın­dan da ol­mu­şam, Və­li aşın­dan da…

Am­ma hər hal­da ya­za bil­mi­rəm…

Və sə­bəb də sa­də­cə bir dil­də düşünüb baş­qa dil­də yaz­maq ola bil­məz…

Həm axı bun­lar iki­si də ey­ni dil­lər­dir…

Düşünür-düşünür, ta­pa bil­mi­rəm: görə­sən ni­yə ya­za bil­mi­rəm…

Bəl­kə tən­bə­ləm de­səm… am­ma bun­dan düşünmə­yə nə?

O ba­rə­də üstümə yox­dur qo­çaq­lıq­da…

Bey­nim çat­la­yır, Əsəb­lə­rim ta­rı­ma çə­ki­lir, ey­nən külə­yin üfürüb dol­dur­du­ğu yel­kən be­zi ki­mi…

Am­ma ya ya­za bil­mi­rəm, ya da yaz­dıq­la­rım­da mə­na ta­pa bil­mi­rəm…

Və hər şey ye­ni­dən baş­la­yır…

Mə­həl­lə­nin gözət­çi köpə­yi ki­mi sə­hə­rə qə­dər oyaq qa­lıb düşünürəm, düşünürəm, gündüz yu­xum­da be­lə düşünürəm, am­ma oyan­dı­ğım­da kağıza yazdıqlarım ya­zı bil­mə­yən körpə­nin çi­zik­dir­di­yi an­lam­sız xət­lər yı­ğı­nı ki­mi mən­tiq­siz və mə­na­sız olur…

Yə­ni Əli aşın­dan da ol­mu­şam, Və­li aşın­dan da…

Və gir­da­ba düşmüş çöp ki­mi ça­rə­siz­cə çır­pı­nır,…

Nə üzə çı­xıb qur­tu­la, nə di­bə ba­tıb yox ola bi­li­rəm…

Bə­zən düşünmə­mək is­təi­rəm…

Nə et­­mə­­li­­? De­yə düşünür, və tez­cə də ça­rə­si­ni ta­pı­ram; bey­ni­mi söküb ye­rin­dən çı­xar­maq…

Am­ma bu im­kan­sız­dır axı, – de­yə düyünlə­di­yim qaş­la­rı­mın al­tın­dan çi­ni gözlə­ri­mi qa­ran­lıq­la­ra zil­lə­yə­rək fı­sıl­da­yı­ram…

Və bı­ğal­tı gülümsünürəm: gördünmü, düşünmə­mək üçün be­lə düşünürəm, – de­yə…

Gic­ga­hı­mız­da bir düymə ol­say­dı; “düşüncə­ni qa­pat” –de­yə…

Sı­xar və qur­tu­lar­dım düşünmək­dən…

Və bir də düşünmə­dən yaz­ma­ğı də­nə­səy­dim, – de­yə düşünmə­dən du­ra bil­mi­rəm…

Bəl­kə o za­man yaz­dıq­la­rım­da bir mə­na olar­dı…, ya da ən azın­dan bir şe­yə bən­zə­yər­di…

Da­ha ba­la­ca uşaq­la­rın çi­zik­dir­di­yi an­lam­sız xət­lər top­lu­su­na de­yil…

Düşünmək­dən əl­dən düşmüş ba­şı­mı ta­qət­siz əl­lə­ri­min ara­sı­na ala­raq part­la­dıb qur­tul­maq is­tə­yir­­miş­cə­si­nə sı­xır, sı­xı­ram…

Və ru­hum gir­da­ba düşmüş çöp ki­mi ça­rə­siz­cə çır­pı­nır,…

Nə üzə çı­xıb qur­tu­la, nə di­bə ba­tıb yox ola bi­li­rəm…

Uduz­ma­ğım­la ra­zı­la­şıb qo­ca qa­rı­lar ki­mi de­yi­ni­rə­m?

Bey­nin var­sa düşünə­cək­sən…, bu ça­rə­siz bir dərd­dir ar­tıq…

Ya bey­nin­dən qur­tu­lub hey­van tək ins­tinkt­lə ya­şa­ya­caq, ya ölə­nə­dək düşünə­cək­sən…

Yazıya 307 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.