Yataqxana ƏHVALATI – Zaur Bayramoğlu

zaur bTə­lə­bə ya­taq­xa­na­sı­nın ikin­ci mər­tə­bə­si. Bi­rin­ci kurs­da oxu­yan dörd tə­lə­bə­nin ya­şa­dı­ğı otaq­da ge­cə­dən xey­li keç­sə də, işıq sönmə­miş­di…

Ma­hir əlin­də­ki ki­ta­bı çar­pa­yı­nın üstünə qo­ya­raq di­kə­lib otur­du, gic­gah­la­rı­nı ovuş­du­ra-ovuş­du­ra hə­rə­si bir iş­lə məş­ğul olan yol­daş­la­rı­na ba­xıb:

- Görə­sən sa­bah im­ta­han­dan ne­çə ala­ca­ğı­q? – de­yə so­ruş­du.

Rə­him gözlə­ri­ni oxu­du­ğu sə­hi­fə­dən çək­mə­dən:

- Oxu­mu­san­sa beş, oxu­ma­mı­san­sa iki, – de­yə ca­vab­la­dı.

Əlin­də­ki is­ti çay­dan­la mət­bəx­dən gə­lən Fər­rux:

- Hə­lə gə­lin ada­ma bir çay içək, zeh­ni­miz açıl­sın.

Ka­mil önündə­ki ki­ta­bı örtüb, stu­lu­nu ar­xa­ya çək­di və aya­ğa qal­xa­raq yol­daş­la­rın­dan:

- Ayə, ne­cə ya­dı­mı­za düşmür eee…

- No­lub Ka­mi­l? – de­yə Fər­rux çay­la­rı süzə-süzə so­ruş­du.

- Ya­dı­nız­da­mı, ke­çən im­ta­han­dan qa­baq İl­ham cin ça­­ğır­­mış­­dı­­?

Rə­him la­qeyd­cə:

- Hə, nə ol­sun ki?

Ka­mil:

- Ne­cə nə ol­su­n? Ya­dı­nız­da­dı da, ne­cə ça­ğır­dı­ğı, gə­lin biz də ça­ğı­raq.

Fər­rux:

- Də­li ol­mu­san e sən, cin-zad nədi?

Ka­mil kömək is­tə­yir­miş ki­mi Ma­hi­rə dönə­rək:

- Ə, Ma­hir, sən de bun­la­ra, İl­ha­mın de­dik­lə­ri çıx­dı­mı, çıx­­ma­­dı­­mı­­?

Fər­rux sə­nə de­miş­di beş ala­caq­san, Rə­hi­mə dörd, Ma­hi­ri­nən mə­nə də üç ala­caq­sı­nız de­miş­di, onun de­di­yi qiy­mət­lə­ri al­dıq ki.

Ma­hir:

- Ka­mil düz de­yir, gə­lin biz də cin ça­ğı­raq.

Fər­rux is­teh­za ilə:

- Bir­dən gəl­­mə­­sə­­?

Rə­him oxu­du­ğu ki­ta­bı qat­la­ya­raq çar­pa­yı­nın üstünə qoy­du, əli­ni uza­dıb ma­sa­nın üstündən fin­ca­nı­nı götürdü, is­ti çay­dan bir qur­tum ala­raq do­daq­la­rı yan­dı­ğın­dan si­fə­ti­ni bu­ruş­du­rub:

-     Gəl­mə­sə Ka­mi­li pən­cə­rə­dən göndə­rə­rik da­lın­ca, – de­di.

Ma­hir:

- Hə­lə bir yox­la­yaq, gəl­mə­sə İl­ha­mı ça­ğı­ra­rıq, o gə­lib ça­ğı­rar.

Fər­rux:

- Ge­din işi­ni­zin da­lın­ca, İl­ham da me­di­um olub mə­nimçün.

Ka­mil onun sözünü ağ­zın­da qoy­du:

- Me­di­um, qey­ri-me­di­um, ke­çən də­fə ki­min ne­çə ala­ca­ğı­nı de­­di­­mi­­?

Sən­nə­nəm e, Fər­rux, de­di­mi, de­­mə­­di­­mi­­?

- Hə, nə ol­sun ki?

- De­dik­lə­ri çıx­­dı­­mı­­?

- Çıx­dı, çıx­dı da, elə-be­lə at­dı, tə­sadü­fən tut­du.

Ka­mil heç cür təs­lim ol­maq is­tə­mir­di:

- İl­ham cin ça­ğı­rıb qiy­mət­lə­ri öyrə­nə bi­lir­sə, biz nə­yə görə bu­nu edə bil­mə­yə­k? Gə­lin biz də ça­ğı­raq, sa­bah ki­min ne­çə ala­ca­ğı­nı öyrən­sək, ge­dib is­ti­ra­hət eli­yə­rik, öyrə­nə bil­mə­sək, ye­nə də dər­si­mi­zi oxu­ya­rıq.

Fər­rux ki­na­yə ilə gülümsünə­rək otaq yol­daş­la­rı­na:

-  Qa­da­sı, otu­rub dər­si­ni­zi oxu­maq əvə­zi­nə, tən­bəl­li­yi­niz­dən bil­mir­si­niz ney­lə­yə­si­niz, cin­dən-şey­tan­dan mə­dət umur­su­nuz…

Rə­him:

- Gə­lin mır­ta ça­ğı­raq, görək nə olur, həm də ne­çə gündür dərs oxu­maq­dan bey­ni­miz ke­yi­di, bir az əy­lə­nə­rik.

Ma­hir:

-  Ça­yı­mı­zı içək, son­ra ça­ğı­ra­rıq.

Ka­mil:

-   Yax­şı, al ça­yı­nı, – de­yib Ma­hi­rin fin­ca­nı­nı ma­sa­dan götürə­rək ona doğ­ru uzat­dı.

Fər­rux:

- Mə­nim cin­nən, şey­tan­nan işim yox­du, ge­din işi­ni­zə.

Ka­mil:

- Sən gəl­mir­sən, gəl­mə, uşaq­lar, gə­lin üçümüz ça­ğı­raq.

Çay­la­rı­nı iç­dik­dən son­ra Ka­mil:

-   Ma­hir, sən o qə­zet­lə­ri mə­nə ver, Rə­him, sən də stu­lu, hə­rə­niz də bir döşə­ka­ğı götürün.

Ma­hir otur­du­ğu yer­dən əlin­də­ki fin­ca­nı pən­cə­rə­yə qoy­du, qə­zet­lə­ri götürüb Ka­mi­lə uza­dıb:

- Al, – de­di və aya­ğa qal­xıb gər­nəş­di. Rə­him də çar­pa­yı­sın­dan qal­xa­raq ota­ğın ye­ga­nə stu­lu­nu Ka­mi­lə tə­rəf itə­lə­di:

- Götür görək, son­ra Fər­ru­xa göz vu­rub:

- Diq­qət­li olun, cin­çi Ka­mi­lin cin­ça­ğır­ma se­an­sı baş­la­nır, – de­di.

Fər­rux əlin­də­ki boş fin­ca­nı ma­sa­nın üstünə qo­ya­raq yol­daş­la­rı­nı ki­na­yə ilə süzüb gülümsə­di, siz ci­ni­ni­zi ça­ğı­rın, mən hə­yə­tə düşürəm, – de­yə­rək otaq­dan çıx­dı.

Ka­mil öncə beş-al­tı qat et­di­yi qə­zet­lə­ri lam­pa­nın ət­ra­fın­da büküb ip­lə pat­ro­nun yu­xa­rı­sın­dan bağ­la­dı, stul­dan enib onu bir kə­na­ra qoy­du və yol­daş­la­rı­na:

-Ar­xam­da yan-ya­na da­ya­nar­sı­nız, mən də si­zin önünüzdə, or­ta­lıq da­ya­na­ca­ğam ki, ener­ji­mi­zi bir­ləş­di­rə bi­lək. Se­an­sa baş­la­yan­da baş­qa şey­lər haq­qın­da düşünmə­yin, hər kəs bütün diq­qə­ti­ni ci­ni ça­ğır­ma­ğa yönəlt­sin, – de­yib sol dizüs­tə ye­rə çökdü, ba­şı­na sal­dı­ğı döşə­ka­ğı­nın al­tın­da gözlə­ri­ni yu­mub qa­şıq­la nəl­bə­ki­yə vu­ra-vu­ra bo­ğa­zın­dan çı­xar­dı­ğı yo­ğun səs­lə:

- Eyyy cinnnn! Har­da­sa­n??? – de­yə so­ruş­du. Da­ya­nıb bir ne­çə sa­ni­yə gözlə­di, sua­lı­na ca­vab ala bil­mə­di­yin­dən tək­rar­la­dı:

- Eyyy cinnnn! Har­da­sa­n???

Di­gər yol­da­şı da onun­la ey­ni vaxt­da diz­lə­riüs­tə çöküb baş­la­rı­na at­dıq­la­rı döşə­ka­ğı­nın al­tın­da bütün diq­qət­lə­ri­ni top­la­maq üçün gözlə­ri­ni yu­ma­raq qa­şıq­lar­la nəl­bə­ki­lə­rin ar­xa­sı­nadöyür, onun­la ey­ni vaxt­da ça­ğı­rır­dı­lar:

- Eyyy cinnnn! Har­da­sa­n???

Üçüncü tək­rar­dan son­ra Ka­mil ci­nin gəl­miş ola bi­lə­cə­yi­ni düşündüyündən:

- Eyyy cinnn!! De görüm sa­bah Ma­hir im­ta­han­dan ne­çə ala­ca­q? – de­yə so­ruş­du.

O, ci­nə səs­lən­di­yin­də di­gər yol­daş­la­rı səs­lə­ri­ni kə­sib ha­mı­sı bir ahəng için­də qa­şıq­la nəl­bə­ki­ni döyürdülər. Bu vaxt Ka­mil tək­rar so­ruş­du:

- Ey cinnnn!!! Sa­bah Ma­hir im­ta­han­dan ne­çə ala­ca­q?

Ka­mil və İl­ham da üçüncü də­fə so­ruş­duq­dan son­ra cin ca­vab­la­mış­dı. Dəh­liz­də qa­çan ada­mın ayaq səs­lə­ri eşi­dil­di, qa­pı zərb­lə vu­ru­la­raq açıl­dı və işıq söndürüldü. Hər kəs bu də­fə ci­nin ru­hu de­yil, özü gəl­di de­yə qor­xub döşə­ka­ğı­la­rı­nı baş­la­rın­dan götürdüklə­rin­də tüstünün için­dən Fər­ru­xun ba­ğır­tı­sı eşi­dil­di:

- Ota­ğı yan­dır­dız e, ə!!!!

Ka­ğız­dan düzəlt­dik­lə­ri aba­jur alı­şıb ya­nır­dı. Ya­nıq ka­ğız qo­xu­su ilə lam­pa­nın əri­mə­yə baş­la­mış na­qi­lin­dən çı­xan bo­ğu­cu tüstü bir-bi­ri­nə qa­rı­şa­raq ota­ğı bürümüşdü…

Fər­rux cəld pən­cə­rə­ni açıb yol­daş­la­rı­na ba­ğır­dı:

- Al­lah evi­ni­zi tik­sin, bu tüstünü də hiss elə­mir­si­z? Yax­şı ki, eşik­dən alo­vu gördüm, az qal­sın bi­na­nı yan­dı­ra­caq­dı­nız!

Ma­hir nə­fəs ala bil­mək üçün gəl­di­yi pən­cə­rə­nin ağ­zın­da öskürə­rək:

- Ha­mı­sı bu Ka­mi­lin güna­hı­dı, cin ça­ğı­ran olub mə­nimçün.

Rə­him:

- Sən onu de­mə e, Ma­hir, ci­ni ça­ğı­ra bil­mə­sə də, bi­zi ne­cə tran­sa sox­du­sa, otaq alı­şıb-yan­sa xə­bə­ri­miz ol­ma­ya­caq­dı…

Fər­rux:

- De­yi­rəm, bu ava­ra do­lu­yub e, si­zi… ne­cə də.

Otaq yol­daş­la­rı öz avam­lıq­la­rı­na gülüşdülər.

Ma­hir Ka­mi­lin boy­nu­nun kökündən bir şa­pa­laq vu­rub:

- Qa­da­sı, sə­nin adın bun­dan be­lə cin­çi qal­dı, – de­di və gənc­lə­rin qəh­qə­hə­lə­ri yan­var aya­zın­da açıq pən­cə­rə­dən ke­çib küçə­yə ya­yıl­dı.

 

Yazıya 295 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.