14.07.2025-ci il tarixində Özbəkistandan bir qrup ziyalı Azərbaycanda
“Sedet Art” rəsm Studiyasında qonaq oldular.
Özbəkistanın tanınmış rəssamları – Cahangir Abdullayev, Anvar Bobo və tərcüməçi – Gövhər xanım studiyada keçirdikləri vaxt ərzində Aktivist Rəssamlar Assosiasiyasının rəhbəri – Nevai Metinin əsərləri ilə tanış olub münasibətlərini bildirdilər. Görüşdə iştirak edən Aktivist Rəssamlar Assosiasiyasının bir qrup üzvü rəssamlar – Naqiya Rzayevanın, Tofiqə Əliyevanın, Vüsalə Yunusovanın da əsərləri ilə tanış oldular, fikir bildirdilər və gələcəkdə Özbəkistan – Azərbaycan rəsm sənətini müzakirə etdilər. Qərara gəlindi ki, gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bu ilin oktyabr ayında Daşkənd, Səmərgənd, Buxara şəhərlərinə nəzərdə tutulmuş plener gəzintinin də detalları müzakirə olundu. Plener – gəzintidə Türkiyə, Azərbaycan, Koreya, Pakistan rəssamlarının qatılması gözlənilir.
Sonda xatirə fotosu çəkildi.
Yazıya 23 dəfə baxılıb