Şəhid Əli Tağıyevin anası – “Oğlumun Şəhid olacağını yuxuda gördüm”

əli tağıyev1997-ci il avqust ayının 7-də Tağıyev Aydının evində iki oğul övladl dünyaya gəlir.Əkiz övladları dünyaya gətirən ana ölümlə əlbəyaxa mübarizə aparır.Həm övladı ölümlə mübarizə aparır ,həm də onları dünyaya gətirən ana Təranə xanım.Həkimlırin köməyi ilə ana və uşaq ölümün pəncəsindən xilas edilir.Olümə qalıb gələn uşaq bizim Qəhrəmanımız Əli idi.
Artiq gənc Aydın üç oğul atas idi.Yeni dünyaya gələn övladların birinə Məhəmməd, digərinə Əli adı verilir.Bir ailədə iki böyük din xadımlərinin adını daşıyan əkizlər, günlə -ayla deyil saatla böyüyürdülər..
Əli çox dəcəl idi,yerdə yeriməyi sevməzdi,daima divarlarda gəzirdi,uşaq yaşlarından idmanın karate növünü çox sevər və bu idmanla məşğul olardı. Əli bağçada tərbiyəçilərin,məktəbdə müəllimlərin sevimlisi idi.
Onlar Səbayel rayonun “20-cı sahə” adlanan yaşayış massivində yaşayırdılar.Əkiz qardaşlar 2003-cü ildə Səbayıl rayonunda yerləşən 162 sayli orta məktəbin birinci sinfinə oxumağa başlayırlar.
Qeyri-adı baxışlarıyla məktəbdə hamının sevimlisinə çevrilən Əli həmən məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bakı peşə liseyin daxil olur.Qeyri-adi istedada sahib olan Əli bu məktəbdə müəllimlərin sevimlisi olur.Müəlimləri onun haqqında daha yüksək fikirdə olurlar.Bu kiçik boylu çevik oğlanın parlaq gələcəyi olacğınl müəllimlər açıq söyləyirdilər.
Əli 2015-ci ildə Üçüncü dərəcəli Veb-,dizayner ixtisasına yiyələnərək,peşə liseyinin bitirir.
2016-ci il də Həqiqi Hərbi xidmətə çağrılan Əli Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafında gedən döyüşlərdə nümunəvi əsgər adına layiq görülür.Hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunub ailəsinə bir neçə dəfə təşəkkür məktubu gəlib.
Həqiqi Hərbi xidmətini başa vurduqdan sonra ailəsi onun ad gününü yüksək səviyyədə qeyd etmək istəyir.Oğluyla telefon əlaqəsi saxlayan Təranə xanım.
-Oğul Əli,bu gün sənin ad günündür könlündən nə keçir dilə məndən söyləyir.Anasını diqqətlə dinləyən Əli çəkinmədən ürəyindən keçənləri anasına söyləyir.
-Ana,bu gün mənə ad günü hədiyyəsi almaq istəyirsən?
Oğlunun qəlbindən keçən hədiyyəsindən bixəbər olan ana böyük sevinclə-Əlim hə.deyırək cavab verir.
-Ana sənə mənim üçün alacağın hədiyyə bilirsən nə olacaq,əvvəlcədən deyirəm bu istəyimə etiraz etməyəcəksən.
-Ana arzu etdiyim. hədiyyə budur sevdiyim qıza elçi get.
Oğlunun qəlbindən keçən istəyinə ana etiraz etmir,həyat yoldaşıyla telefon əlaqəsi yaradır və oğlunun istəyini həyat yoldaşına söyləyir.Aydln ata da oğlunun istəyinə etiraz etməyir,bütün qohum əqraba Gəncə şəhərinə elçiliyə yola düşürlər və oğlunun sevdiyi qızın hərisinı alıb xöşbəxt halda geri dönürlər.
2020-ci ilin sentyabr ayı Prezident,Ali Baş Komandan İlham Əliyevın qismən Səfərbərlik Sərəncamını eşidən Əli Səbayel rayon Səfərbərlik idarəsinə gəlir və müharibəyə könüllü getmək üçün ərizə ilə müraciət edir.Qəlbi vətən üçün döyünən Əli vətən torpaqlarını azad görmək istəyirdi.Bu gənclər,Mübarizələrin,Əhmədlərin,Poladların layiqli davamçıları idilər.
Səfərbərlik idarəsindən bir başa anasının yanına,mağazaya gəlir. Oğlunun onun üzünə diqqətlə baxdığını görən Təranə xanım oğluna sual verir.
-Əli mənə niyə elə baxırsan?sənin bu baxışların məni çox qorxudur.Anasından gözlərini çəkməyən Əli.
-Ana,zaman gələcək sənə şəhid Əlinin anası Təranə deyə müracət edəcəklər,mənim sevdiyim yeməkləri bişirib masa üzərinə gətirdiyiniz vaxt elə həsrətlə söyləyəcəksiniz ki,kaş Əli sağ olaydı. Amma mən olmayacam,mənim həsrətimi illərlə çəkəcəksiniz,gözləriniz yollara dikiləcək,lakın mən geri dönməyəcəm.
Ana səndən bir xahişim var-atama yaxşı baxarsan.Oğlu anasına gülə-gülə vəsiyyət edir.
Hər zaman zarafatcıl,şən olan Əlinin bu sözlərini də ana oğlunun bir zarafatı sanır.Biçarə ana necə bilərdi ki, bu Əlinin söylədiyi son gerçəkləridir.
Əlinin yaşının az olmasına baxmayaraq insanlar arasında böyük söz sahibi idi,kimsə onun bir sözünü iki etməzdi.Biri-biri ilə düşmən olan insanları dost edən insan idi Əli.O qədər şən deyib-gülən insan idi ki,həqiqətlərini belə hamı zarafat sanardı.ikinci Qarabağ müharibəsinə getməyini belə hamı Əlinin növbəti zarafatı sanmışdı.
Sentyabr ayının 29-u onu Ağcəbədiyə aparan maşın karvanında Bilal Qənbərov,Cavidan,Murad Qurbanov da var idi.
Əlinin atası Aydın Tağıyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu.Ata bütün itirdiklərini oğlu Əli də tapmışdı.Ata özünün layiqli davamçısı sanırdı Əlini.
Onun döyüş yolu Füzuli dən,Hadrut dan keçir.Hadrut torpaqlarının düşmən tapdağdan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.Oğlu şəhid olan gecə atası yuxu da görür ki,Əlini ona verdiyi Azərbaycanın bayrağı yerə düşdü.Həmın gün ata özünə yer tapmır.Ata hər zaman bunları söyləyir.
-Mən oğlumun Şəhid olacağını yuxuda gördüm,buna ürəyim necə dözür hələ də bilmirəm.O müharibəyə mən getməliydim. Oğlum deyil.
Anaları Təranə xanım işlədiyi üçün onların qayğısına hər zaman ata nənələri qalırdı.Həmın gün axşamçağı məhlədə qadınlarla söhbət edən nənənin bir anda halı pisləşir,Nənənin bu halı qonşuları qorxudur,həmən axşam Əlinin şəhadətə qovuşduğu xəbəri gəlir.
Yaşının az olmasına baxmayaraq,bapbalaca qəlbinə iki müharibənin əzabını yüklədi,birindən qalıb çıxdı,birində şəhid oldu.Nakam taleyilı oğlun anası oğlu haqqında bunları söyləyir.
-Həyatda yalnız bir təsəllim var,oğlum bu həyatdan nakam köçdü,amma oğlum üçün elçi getdim,nişanlısının barmağına üzük taxdı.Onu etməsəydim gör evində belə rahat yatmazdım.
Oğlum vətənini sevdi və onu yolunda qurban getdi.Oğlum həqiqətlərini belə zarafatla söylədi,amma mən anlamadım,son gedişində belə yalnız atasını mənə tapşırdı.Çünkü onun özün kiçik deyil yerə-göyə sığmayan atalı dünyası vardı.O bu dünyanın yıxılmağın heç istəməzdim. Özündın başqa iki qardaşının,böyük nəslinin valideyinlərinin belini sındırdı.Mən ondan böyük iki oğul övladımı düşünmədən Əlimə nişan aparmışdım,onun sevdiyi qızı,öz qızım sanmışdım amma oğlumun hər bir arzusu puç oldu qara daşa çevrilərək gülən çöhrəsiylə üzümə baxan oğlum məni diri-diri öldürür.
-Ədalətin budurmu dünya?
Əkizi olan Məhəmməd.
-Onun haqqında danışmaq mənim üçün çox çətindir,biz eyni anda bir ana qarnında bəslənən iki övlad,eyni anda gülən,eyni anda ağlayan olmuşuq.Bizim qayğımıza anamız hamıdan çox qalıb. Mın tək qardaşımı deyil ən yaxın dostumuz,sirdaşımı,arxamı-dayağımı itirmişəm. Əli həyatda olmadığı üçün bir gözümün kor olduğunu düşünürəm..Onsuz nəfəs almaq olduqca çətindir.Mən eyni anda valideyinlərimə iki oğul əvəz etməliyəm.Bu məsuliyyəti daşımaq mənim üçün çox çətin olur,çünkü sol yanım yoxdur..Alınan torpaqlar qayıtdı,lakin igid oğullarımız geri dönmədilər.Vətən naminə,Qarabağ naminə öz canlarını düşmən önündə sipər etdilər.
-Məkanıniz cənnət olsun qardaşlarım,! Siz hamınız bizim şəhid qardaşlarımızsız.Biz sizinlə qürur duyuruq.
2020-ci il oktyabr ayının 13-də Hadrut ətrafında gedən döyüşlərdə ürəyi namərd gülləsi ilə zorla susdurulan, Şəhadətə qovuşan Əli Tağıyev Badamdarda yeni salınmış şəhidlər xiyabanında öz dostlarıyla birgə uyuyur.Sizin kimi igid oğulları olan vətən heç bir zaman basılmaz,şəhid Əlim.
..Məkanın cənnət olsun igid şəhid. Siz göylərdən insanları seyr edən qanadlı mələklərsiniz.Yaşadığımlz hər dəqiqəqəmiz üçün,Siz şəhidlərə borcluyuq.Şəhid valideyinləri sizlərin qarşısında baş əyirik,sizlərə minnətdarıq.
Unutmayaq “Şəhidlər ölməz,vətən bölünməz”!
.
Yazan:. Natəvan Məlikova
    Yazıya (66) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.