Yazıçı-publisist İradə Aytel AVMVİB-nin FƏXRİ FƏRMANI ilə mükafatlanıb


fexri ferman17 dekabr 2021-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev yazıçı-publisist İradə Ayteli Fəxri Fərmanla mükafatlandırıb. Bakı şəhərində – Birliyin baş ofisində baş tutan mərasimdə mükafatı yazıçıya  AVMVİB-nin sədr müavini Vahid Abdurəhmanov təqdim edib və İradə Aytelə işlərində yeni-yeni uğurlar arzulayıb.

Fəxri Fərman AVMVİB Gəncə təşkilatının fəxri üzvü İradə Alıyevaya (İradə Aytel) müharibə veteranlarına, müharibə əlillərinə və Şəhid ailələrinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə təqdim edilib.

Xatırladaq ki, Prezident təqaüdçüsü İradə Aytel Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Uluslalarası Aktivist Sanatçılar Birliyinin üzvü, “Polad ürəklər” telelayihəsinin rəhbəri, on kitab müəllifidir. Yazıları ardıcıl olaraq dövri mətbuatda dərc edilir.

diplom

Yazıya 233 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.