Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı və kənd təsərrüfatı naziri Tofiq Hüseynlinin (Qara Tofiq) şərəfli ömür yoluna həsr olunmuş “Tovuz” qəzetinin xüsusi buraxılışı nəşr edilib.
Xüsusi buraxılışın ideya müəllifi və naşiri Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, redaktoru isə İradə Ayteldir.
Nəşrdə Tofiq Hüseynlinin həyat və fəaliyyətindən bəhs edən yazılar, doğmalarının, yaxınlarının, ziyalıların, iş yoldaşlarının və əqidədaşlarının onunla bağlı xatirələri yer alıb.
Tofiq Hüseynli 1 avqust 2026-cı ildə vəfat edib. Xüsusi buraxılış onun zəngin və şərəfli ömür yoluna ehtiramın ifadəsi kimi hazırlanıb.
Yazıya 12 dəfə baxılıb








