MİLLİ QƏHRƏMAN POLAD HƏŞİMOVUN DOĞUM GÜNÜ İZDİHAMI (fotolar)

bashkultur.az xəbər verir ki, 02 yanvar 2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun doğum günü idi. Bu gün münasibətilə Həşimovun müqəddəs məzarı ziyarət edildi. Səhər saatlarından başlanan ziyarətçi izdihamı gecəyə qədər davam etdi. Ziyarətçilər arasında, rəsmilər, hərbçilər, iş adamları, universitet və məktəb kollektivi və sıravi vətəndaşlar var idi. Bakı şəhərindəki II Fəxri xiyabanda generalın ruhuna dualar oxuyan insan axını xiyabanda uyuyan Vətən Müharibəsi qəhrəmanlarını da ziyarət etdilər, məzarları önünə çiçəklər düzdülər.

Xatırladaq ki, Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

1982-1992-ci illərdə orta təhsilə yiyələnib.

Orta məktəbi bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib.

2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə “hərbi idarəetmə” üzrə magistr dərəcəsi alıb.

Polad Həşimov 28 yaşı olanda “mayor” hərbi rütbəsi alıb və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

6 il sonra isə Polad Həşimov “polkovnik-leytenant” hərbi rütbəsi alıb və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Onun rəhbərliyi ilə Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.

Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışıb.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olub.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi II Fəxri Xiyabanda – eyni gündə, iyulun 15-də baş tutub.

WhatsApp Image 2022-01-03 at 12.33.15 (1)

bash

 

WhatsApp Image 2022-01-03 at 12.33.10 (1)

 

WhatsApp Image 2022-01-03 at 12.33.10

WhatsApp Image 2022-01-03 at 12.33.11 (1)

WhatsApp Image 2022-01-03 at 12.33.11 (2)WhatsApp Image 2022-01-03 at 12.33.11 (3)

WhatsApp Image 2022-01-03 at 12.33.11 (4)

WhatsApp Image 2022-01-03 at 12.33.11 (5)

WhatsApp Image 2022-01-03 at 12.33.11

WhatsApp Image 2022-01-03 at 12.33.12 (1)

WhatsApp Image 2022-01-03 at 12.33.12 (2)

WhatsApp Image 2022-01-03 at 12.33.12 (3)

WhatsApp Image 2022-01-03 at 12.33.12

WhatsApp Image 2022-01-03 at 12.33.13 (1)

WhatsApp Image 2022-01-03 at 12.33.13 (2)

WhatsApp Image 2022-01-03 at 12.33.13 (3)

WhatsApp Image 2022-01-03 at 12.33.13

WhatsApp Image 2022-01-03 at 12.33.14 (1)

WhatsApp Image 2022-01-03 at 12.33.14 (2)

WhatsApp Image 2022-01-03 at 12.33.14 (3)

WhatsApp Image 2022-01-03 at 12.33.14 (4)

WhatsApp Image 2022-01-03 at 12.33.15 (1)

WhatsApp Image 2022-01-03 at 12.33.14

 

WhatsApp Image 2022-01-03 at 12.33.15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 254 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.