“Qanlı Hekayətlər” kitabının təqdimat mərasimi baş tutdu (fotolar)

WhatsApp Image 2022-05-25 at 18.46.45 (1)25.05.2022 ci ildə “Azərkitab” kitab mərkəzinin Quba filialında polkovnik Rahib Qarayevin Qanlı hekayətlər kitabının təqdimat mərasimi baş tutdu.

Rahib Qarayev ixtisasca hüquqşünasdır, fasiləsiz olaraq 37 il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışıb. ” Vətən uğrunda” medalı ilə təltif olunub. 

Müəllif “Qanlı Hekayətlər”də şahidi olduğu və üzərində işlədiyi müxtəlif kriminal hadisələri bədiiləşdirmiş və əxlaqi-tərbiyəvi mövzuda kitab yazmış, Azərbaycan Polisinin simasını əks etdirmişdir. Tədbirdə qonaqlar – “Ədəbiyyat” qəzetinin baş redoktorunun müavini, Əməkdar jurnalist, şair Adil Cəmil, “www.kultur.az” saytının baş redaktoru, yazıçı İradə Aytel, Quba Rayon Bələdiyyəsinin sədri Humay Məmmədova, Quba Rayon Bələdiyyəsinin üzvü Mehparə Rüstəmova, “Azərkitab”Kitab Mərkəzinin Quba filialının direktoru Xəyal Eyyubov, Azərbaycan Dövlət Pedaqoji Universitet (ADPU) Quba filialının tələbələri və kitabsevərlər iştirak edirdi.

“Azərkitab” Kitab Mərkəzinin Quba filialının təşkilatçılıq etdiyi tədbirdə açılış sözü ilə çıxışa başlayan Quba Rayon Bələdiyyəsinin sədri Humay Məmmədova sözü tədbirin aparıcısı Adil Cəmilə verdi. Adil Cəmil  44 günlük zəfər tariximizin ölməzlərinin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan etdikdən sonra çıxışına davam etdi. O, kitab haqqında müfəssəl məlumat  verdikdən sonra sözü İradə Aytelə verdi.

Ədəbi-bədii ovqata köklənən tədbirdə yaradıcı potensialı olan oxucular söz adamları ilə sual-cavabda iştirak etdilər, müəllifin hədiyyə etdiyi kitabları imzalatdırdılar.

Sonda Humay Məmmədova gözəl Qubamızın simvolu olan Quba xalçasını Rahib Qarayevə hədiyyə etdi.

Təqdimat mərasimi xatirə fotoşəkillərinin çəkilməsi ilə sona yetdi.

 

Xəyal Eyyubov

 

WhatsApp Image 2022-05-25 at 18.46.20 (2) WhatsApp Image 2022-05-25 at 18.46.20 WhatsApp Image 2022-05-25 at 18.46.21 (1) WhatsApp Image 2022-05-25 at 18.46.21 (2) WhatsApp Image 2022-05-25 at 18.46.21 WhatsApp Image 2022-05-25 at 18.46.22 (1) WhatsApp Image 2022-05-25 at 18.46.22 (2) WhatsApp Image 2022-05-25 at 18.46.22 WhatsApp Image 2022-05-25 at 18.46.23 WhatsApp Image 2022-05-25 at 18.46.31 (1) WhatsApp Image 2022-05-25 at 18.46.31 WhatsApp Image 2022-05-25 at 18.46.32 (1) WhatsApp Image 2022-05-25 at 18.46.32 WhatsApp Image 2022-05-25 at 18.46.33 (1) WhatsApp Image 2022-05-25 at 18.46.33 WhatsApp Image 2022-05-25 at 18.46.34 WhatsApp Image 2022-05-25 at 18.46.35 (1) WhatsApp Image 2022-05-25 at 18.46.35 (2) WhatsApp Image 2022-05-25 at 18.46.35 WhatsApp Image 2022-05-25 at 18.46.36 (1) WhatsApp Image 2022-05-25 at 18.46.36 WhatsApp Image 2022-05-25 at 18.46.37 (1) WhatsApp Image 2022-05-25 at 18.46.37 (2) WhatsApp Image 2022-05-25 at 18.46.37 WhatsApp Image 2022-05-25 at 18.46.38 (1) WhatsApp Image 2022-05-25 at 18.46.38 (2) WhatsApp Image 2022-05-25 at 18.46.38 WhatsApp Image 2022-05-25 at 18.46.39 (1) WhatsApp Image 2022-05-25 at 18.46.39 (2) WhatsApp Image 2022-05-25 at 18.46.39 WhatsApp Image 2022-05-25 at 18.46.40 (1) WhatsApp Image 2022-05-25 at 18.46.40 WhatsApp Image 2022-05-25 at 18.46.41 (1) WhatsApp Image 2022-05-25 at 18.46.41 (2) WhatsApp Image 2022-05-25 at 18.46.41 WhatsApp Image 2022-05-25 at 18.46.42 (1) WhatsApp Image 2022-05-25 at 18.46.42 (2) WhatsApp Image 2022-05-25 at 18.46.42 (3) WhatsApp Image 2022-05-25 at 18.46.42 WhatsApp Image 2022-05-25 at 18.46.43 (1) WhatsApp Image 2022-05-25 at 18.46.43 WhatsApp Image 2022-05-25 at 18.46.44 (1) WhatsApp Image 2022-05-25 at 18.46.44 (2) WhatsApp Image 2022-05-25 at 18.46.44 WhatsApp Image 2022-05-25 at 18.46.45 (1) WhatsApp Image 2022-05-25 at 18.46.45 (2) WhatsApp Image 2022-05-25 at 18.46.45 WhatsApp Image 2022-05-25 at 18.46.46 (1) WhatsApp Image 2022-05-25 at 18.46.46 (2) WhatsApp Image 2022-05-25 at 18.46.46 (3) WhatsApp Image 2022-05-25 at 18.46.46 WhatsApp Image 2022-05-25 at 18.46.47 (1) WhatsApp Image 2022-05-25 at 18.46.47 WhatsApp Image 2022-05-25 at 18.46.48

Yazıya 237 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.