Üç teraktdan sağ çıxan amerikalı -Foto

teraktBoston və Parisdə baş verən terror aktlarında sağ qalan amerikalı gənc Brüssel aeroportundakı partlayışda yaralanıb.
Bu barədə onun valideynləri ABC telekanalına müsahibəsində bildiriblər.
ABŞ-ın Yuta ştatından olan 19 yaşlı Meyson Uells artıq üçüncü dəfədir terror hadisəsinin mərkəzində olur. Birinci dəfə o, 2013-cü ildə Boston marafonu zamanı, ikinci dəfə ötən il Parisdə baş verən terror aktlarından sağ çıxıb.
Bu dəfə isə partlayışlar onu Brüssel hava limanında haqlayıb. O, ayağından qəlpə yarası, üz və əllərindən yanıq xəsarətləri alıb.
Qeyd edək ki, ötən gün Brüssel aeroportu və metro stansiyasında baş verən partlayışlarda 34 nəfər həlak olub, 200 nəfər yaralanıb.(Azərtac )

Yazıya 714 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.