Polad Bilal Oglu – DƏNİZƏ GÖZÜM DÜŞÜB

18449665_201296777047946_4922014620610270648_oDAĞLAR

Coxdan sizə əlim catmır,.
Qürbətdə qalmışam dağlar.
Sinəndən qopan çiçəyəm,
Saralıb solmuşam dağlar.

Sizsiz yalan bir gumanam,
Vallah halımdan yamanam,
Zirvəndən göcən dumanam,
Tutulub dolmuşam dağlar.

Lalən təki dönüb oda,
Yandım verdim ömrü bada,
Oylaqlarnı salıb yada,
Xəyala dalmışam dağlar.

 

Ətəyində doğulmuşam ,
Çeşmən idim soğulmuşam,
Torpağınla yoğrulmuşam,
Sir daşın olmuşam dağlar.

Gülünəm acıb gülmürəm,
Harda olduğmu bilmirəm,
Poladam, özmə gəlmirəm,
Dərdindən ölmüşəm dağlar.

.

YOX

Mən elə bir adamam,
Üzümə gülənim yox.
Yanıram,odlanıram,
Tüstümə gələnim yox

Oddan cıxıb gələnəm,
Ağlayanam, gülənəm,
Dərd icində ölənəm,
Mənimlə ölənim yox

İllər illəri bicdi,
Su kimi bizi icdi,
Ömrüm oynadı kecdi,
Görənim bilənim yox.

.

DƏNİZƏ GÖZÜM DÜŞÜB

Dənizə gözüm düşüb,
Ümanına baxır hey.
Ləpələrlə döyünür,
Dalğalarla axır hey.

Dənizə gözüm düşüb,
Parıldayıb alışır,
Dənizin ürəyinə,
Girməyəcə calışır.

Bu dənizin köksündən,
Cəkəmmirəm gözümü.
Boğulsamda qoynuna,
Atasıyam özümü.

.

ÖZÜMƏ GÜLMƏYİM GƏLİR.

O biri dünya hardadı?
Yerini bilməyim gəlir.
O dünyanı tapmaq ücün,
Mənimdə ölməyim gəlir.

Dumanımda batıb hayım,
Dərdim coxdu necə sayım,
Bir allahdan dərddi payım,
Onuda bölməyim gəlir.

Duman bürüyüb yzümü,
Qoymayır acam gözümü,
Vərəqlədikçə özümü,
Özümə gülməyim gəlir

.

AĞLAMA.

Göz yaşından doymayacaq bu dünya,
Gülüm mənə dönö-dönə ağlama.
Axaçaqsan gözlərinin yaşında,
Kizlin-kizlin sinə-sinə ağlama.

Onsuzda mən bu dünyadan köcənəm,
Əsə- əsə qıl görpüdən kecənəm,
Bir gün əçəl şərbətini icənəm,
Boyun büküb sına- sına ağlama.

Mən ölsəmdə rəlbim vurar səninlə,
Köhlən atım mənzil yorar səninlə,
Dağılmazki dünya durar səninlə,
İcin -icin,yana-yana ağlama.

Söylə görüm nə qalandı dünyada,
Axıraçan kim dolandı dünyada,
Ağlamaqda bir yalandı dünyada,
Bu dünyanı qana-qana ağlamaı

.

YERİYİR

Uca-uca dağ başından,
Üstümə duman yeriyir,
Dərd əlində misir qılınç,
Yeriyir yaman yeriyir.

Dünya özü dərdə dönüb,
Bizdən daha pirdə dönüb,
Qırıx ayaq qurda dönüb,
Canıma cuman yeriyir.

Başım üstə atıb arı,
Ucur küpə girən qarı,
Kələkbazın oyunları,
Qapıma pünhan yeriyir,

Bir-birini basıb kəsən,
Bir-birini asib kəsən,
Bölgü bölən, hesab kəsən,
Necə cür insan yeriyir.

Dünya boşalır dolmağa,
Fırlanır sonsuz olmağa,
Dünyanı atdan salmağa,
Vaxt ötür zaman yeriyir.

.

 

ÜRƏYİM BİR QUŞDU

Ürəyim bir quşdu sinəm qəfəsdi,
Cırpınır, cırpınır cıxa bilməyir.
Tökdüyü göz yaşı gölləndi bəsdi,
Bu qəfəs sinəmə sığa bilməyir.

Ürəüim bir quşdu qanadları var,
Cırpınıb köksümə döyür özünü.
Nə qədər həsrəti,intizarı var,
Yandırıb canıma basır közünü.

Ürəyim bir quşdu dar qəfəsəm mən,
Döyünür icimdə bu quş ölməyir.
Kədərin əlindən,dərdin əlindən,
Bir gün azadlığa cıxa bilməyir.

.

GÖZ YAŞIM

Gözlərimin bulağısan,
Mənim göz yaşım, göz yaşım.
Duman,ciskinli cağısan,
Mənim göz yaşım göz yaşım.

Canımdan süzlüb gələnim,
Süzül şərbətnə bələnim,
Donub üzümdə ölənim,
Mənım göz yaşım, göz yaşım.

Dərdi üydüb sındıransan,
Ərdib suya döndərənsən,
Düşən yeri yandıransan,
Mənim göz yaşım, göz yaşım,

Odumu söndürən suyum,
Süzül yaylığımı yuyum.
Süzül dərdə məlhəm qoyum,
Mənim göz yaşım, göz yaşım.

Yanağımdan axan cayım,
Sənsiz ötmür günüm ayım,
Allahımdan sənsən payım,
Mənım göz yaşım, göz yaşım.

Yazıya 437 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.