Ay ana
Ay ana, məzar daşını,
Versənə geyim, ağlayım.
Səsimi atıb başıma,
Bayatı deyim, ağlayım.
Hələ var ayaq gəzirəm,
Əlimdə çıraq gəzirəm,
Bir isti qucaq gəzirəm,
Başımı qoyum, ağlayım.
Hər işi çaş bir zamanda,
Ayağı baş bir zamanda,
Çörəy daş bir zamanda,
İçimi yeyim, ağlayım.
Tapmadım şənligin yerin,
Axtarsamda dərin-dərin,
Heç olmasa bir çöl verin,
Dərdimi sayım ağlayım.
O üz
Aşmaqdayam bu dağı,
Görən o üz hamarmı?
O üzdə bu üz kimi,
Həyat yolları darmı?
Göyərdi yolumuzda,
Min oçurum , min gədik.
Dərdin davarcığına,
Çarəsiz həyat dedik.
Süründük dizin-dizin,
Bəlkə aşaq bu dağı.
Mən ki yaman özələdim,
O üzdə yaşamağı.
Görəsən oranında,
Dəni tuşda əkılır?
Atı sümük gəmirir?
İtinə yem tökülür?
Görəsən oranında,
Ciziği var , cizi var?
Günə çıxan əyrisi?
Qandallanan düzü var?
Meydan açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsır qalıb suları?
Oranında görəsən
Acı çüxdür tuxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm yaxından.
Ayrılıq səsi
Öpür qolağımızdan hər an bahalıq səsi,
Top , tüfəng səsi verən dünyanın şuluq səsi.
Meşələr lal dayanmış dağ kəlləri mələmir,
Dərələri oxşamır sü səsi-balıq səsi.
Yaylaqları bəzədi « ladən» , « qunça» yağları,
O gündən ki kəsildi çatmadan tuluq səsi.
Ağızlar yaman olub xüş xəbr eşidilmir,
Ürəklərdə gül açmır daha muştuluq səsi.
Yaşam quran azalıb quduzlaşıb yaşayış,
Ocalır gündən-günə hər evdən qalıq səsi.
Dindrsənə sazını bir ağız oxuyam mən,
Eşidə gələn nəsil məndən bu soluq səsi.
Ay “ənədəlib” oxuyur taqqa-taq ayağımız
Eşidilir bu səsdən ölüm-ayrılıq səsi
Dərd yeyirik
Zəlinən içirik soyu,
Yelinən qovud yeyirik.
Yox xəbər yağlı yaxmaçdan,
Şorunan qurud yeyirik.
Pay bölən belə pay böldü
Bu payda dərdimiz boldu
Yemişlər meşənin oldu
Bizdə kal armud yeyirik
Gələn dadımızı dadır
Əl ölçür söz fırıldadır
Nə satır bizi aldadır
Bal alıb yoğurt yeyirik
Gül dərən tıkandı sərir
Gül solur tıkan göyərir
Hər yetən vədələr verir
Söz ıçıb ümüd yeyirik
Salmayın bu qədər hayı
Bunları eşidən doyu
Neynirik çörgi-soyu
Bizki hər an dərd yeyirik
Dolanır
İlin günün harasıdir ,
Gözümdə yağış dolanır
Ürəyim yanır , yaxılır ,
Başımda qar-qış dolanır.
Nə imiş dərdi fikrimin,
Dərdi göyərdi fikrimin,
Dağılıb yurdu fikrimin,
Çöl gəzir , örüş dulanır.
Dinir bir qız ürəyimdə
Gülür bir göz ürəyimdə
Gecə-gündüz ürəyimdə
Bir əziz görüş dolanır.
“Əndəlib”əm totdu dolu
İtirdim çəməni gülü
Könlümün sarı bülbülü
Yerində bayquş dulanır.
Yox
Inanıb özün aldatma ,
Bu dünyanın tarısı yox.
Bu miras elə miras di,
Əbədı bir varisi yox.
Evinin peyi dolmadı,
Yükünə gücü qalmadı,
Səadətı bir almadı,
Yarısı var , yarısı yox,
Gülünc günə qaldı deyin,
Hər şey saxta oldu deyin,
Balı necə baldı? deyin:
Pətəgi yox , arısı yox.
Dəyməsin
Qızışıb döyəndə gözlə,
Döşünə soyuq dəyməsin.
Ağlını tupla başına,
Huşuna soyuq dəyməsin.
Bitməmiş fərsət dalbadal,
Çıxmamış əlındən macal,
Özünə uyğun papaq al,
Başına soyuq dəyməsin.
Nəfsin laylasına yatma,
Xeyir var , şər var unutma,
Hər tik yə ağız atma ,
Dişinə soyuq dəyməsin.
Ayağınla düz yola get,
Yaxşı danış , yaxşı eşit,
Gözlərinə yiyəlik et,
Qaşına soyuq dəyməsin
“Əndəlib” el qeydinə qal
Doğrulardan dərsini al
Hər işdə haqqı yada sal
İşinə soyuq dəyməsin.
Gedirəm
Gəldim günəşli bir gündə,
Dumanda , çəndə gedirəm.
İzimi görənlər bilər,
Nə halda , gündə gedirəm
Gedən dostlarıma deyin,
Bu qədər yeyin getməyin,
Siz allah məni gözləyin,
Dayanın məndə gedirəm.
Eh dünya nə sən unutma!
Çöp olub gözümə batma,
Qəbirdən məni qurxutma,
Mən ora gündə gedirəm.
Yazıya 462 dəfə baxılıb