Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.
Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən…
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.
Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.
Uzaqlaşdın məndən yenə yüz qarış,
Bu taleyim, vallah, mənə qışdı-qış…
Gah borandı, gah tufandı, gah yağış,
Son ümidim sönə-sönə qalıbdır.
Sən
Bilmirdin nə vaxtsa ağlayacaqsan ,
Mənim gözlərimdə yaş qoyanda sən.
Sevgi qalasını mən tək tikərdim
Yadın yuvasına daş qoyanda sən.
Əllərin əclafın kobud əlində ,
Bir zaman solacaq təravətin də ,
Hər dəfə ağrılar tutur sinəmdə,
Özgə sinəsinə baş qoyanda sən.
O səni tərk edib gözlərin yaşda
Necə bağışlayım , deyir bağışla,
Bilmirdin əllərin qalacaq boşda ?
Eşqinin ürəyin boş qoyanda sən.
Günahsızlar
Bir şeyi anlamam itə , pişiyə
Biz heyvan ismini vermişik niyə?
Bir halda dünyada kamildi insan
Niyə biz onlara vurmuşuq ziyan ?
Filin sümüyünü kəsəydik gərək ,
Nə var özümüzə düzəldək bəzək .
Meşədə can verən yaralı ceyran ,
Öldürüb dünyada bəyəm bir insan ?
Heyvanlar haqlıdır , əlbtədə -əlbət
Sən demə yoximiş bizdə mərhəmət .
Niyə biz bülbülü sıxaq qəfəsdə ?
Əgər ölürüksə » Azadlıq » üstə.
Əyilməz vəfasız gülün eşqinə ,
Tikanlar üstədir azadlıq yenə.
Əgər inkişaf etsək qəlbdəki hisdə,
Vicdan böyütmüşük qəlbimiz üstə.
Gözlərim önündə bədbəxt bir qoca ,
Hərəkət eylədi » yaşından uca »
Əyilib o yerdən götürüb daşı ,
Vurmaq istəyirdi günahsız quşu
Kənardan izləyib biraz bu hayı,
Dözmədim , axırda söylədim dayı,
O daşı atmağa vermə sən qərar ,
Quşunda dünyada yaşam haqqı var.
Olmazsa Yerdə heyvanlar əgər,
İnsanlar çəkərlər təklikdən kədər.
Ey Eşqin , bu haqda yazdın kiçik söz,
Gəlin dünyamızı qoruyağın biz.!
*****
Hardasa , naməlum bir ada yaxınlığında
Qəzaya uğramış gəmi kimi
Çoxdan tərk edilmişəm.
Boz rəngli havalarda
Küləklər ,
Yağışlar ,
Məni çox döyüb .
Yarpaqlarım çoxdan torpaq olub ,
Mamırlamış budaqlarım
Qırıq – qırıq ,
Xırda –xırda ,
Enir yerə .
Artıq qurumağın vaxtıdır.
Onsuz sən də məni təmiz unutmusan
Köhnə şəkillər kimi
Gec – gec
Yadına düşürəm.
Tək buludun nə yağışı olar ki ?
Topa halda bu dünyaya yağmasa…
Yaratdığım Qadıın
Sən kədərli danışma ,
Sevinc səndən inciyər .
Çünki , bizim sevinci ..
Çoxdan tutub qəm , kəfər.
Səni qucaqlayanda
Ulduzlar kimi məndən…
Anlayırdım uzaqsan ,
Hər səmaya baxanda.
Deyirsən daha bəsdi ,
Olaq özmüzdən uzaq
Biz ki , bir olmamışdıq ,
Axı necə ayrılaq ?
Amma yenə görüşdük
Ağrı gəlmit içimə
Işlənmiş şeyləri
Xoşlamıram incimə
Səni çox sevərdim
Tanrınını hətta ciddi
Olmayanları sevmək
Məndə köhnə adətdi.
Rusiyaya gedən yol 1999 cu il
Sağ ol deyib , vətəndən
Atamın arxasınca ….
Uzaq bir yola düşdüm ,
Bir qaranlıq qatarda .
Pul olmadı kupeyə
Onçün aldıq plaskart
Nənəm , babamdan ötrü
Darıxırdım hər saat.
Gah işıq yanıb – sönür
Arada bala kəsəyən
Çörək oğurlayanda
Qorxurdum düzü bəzən.
Sevmirdim bu səfəri
Ağlayıb istəyirdim ,
“ Tetrisdəki “ maşınlar
Qaytarsın məni geri .
Bəlkə var tanışlarım
Düşüncəsiylə baxıb ,
Yad insanlar tapırdı
Ancaq sərt baxışlarım
Betonkaya çatıırdıq
Biz artıq addım – addım
Hətta darıxmaq üçün ,
Səbirsiz darıxırdım.
Var idi orda bayraq
Üçrəngli formada
Amma onda yox idi
Nə ulduz , nə ay para .
Artıq həqiqət idi
Qarşımda yeni dünya
Bilirdim , Vətənə qalıb ,
Məndən çox-çox uzaqda.
Bəzən durnalarla
Elə salam deyib , ancaq ..
Bilirdim ki , bu quşlar
Bizlərdə olmur qonaq .
Gəldiyim reslər üstə
Mən uşaq ağılıyla
İstəyirdim hey qaçam
Üzü elə – obaya.
Yazıya 1601 dəfə baxılıb