ALİCƏNAB DUYĞULAR VƏ NƏCİB HİSSLƏR CARÇISI AKİF ABBASOV

buGörkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: “Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar”. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də peda­qogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütər­cim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhə­di­nin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzil­lik­lər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zəngin­ləş­dir­diyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə və­rəq­lənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.

Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) iba­rət­dir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əx­la­qın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi də­yərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi tə­li­min mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə mü­na­sibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir. Müqəddəs kitablardakı tərbiyəedici imkanlardan, həmçinin Zərdüşt pey­ğəm­bər (ə), Məhəmməd Peyğəmbər (ə), Həzrəti Əli (ə), övliya bildiklərimiz Abdullah bin Mü­barək, Əbdül Qadir Gilani, Əbu Səid Xərraz, Cüneyd Bağdad, Sirri Sədəqi və başqa bu kimi böyük zatlardan bəhs edən professor ailə münasibətlərində mənəvi xarakter(lər) müəy­yənləşdirmişdir.

Bu bir faktdır ki, əsrlər keçmiş, bəşəriyyət tarixində köklü dəyişikliklər, yeni də­yi­şikliklər olmuşdur. Ancaq Akif Abbasovun sözləri ilə desək əxlaq nə qədər inkişaf et­miş olsa da, forma və məzmun dəyişsə də yenə də ötən əsrlərdə ailə haqqında deyilən tər­bi­yəvi fikirlərin dəyəri heç də azalmamışdır. Bu gün də ailəyə bağlılıq, qadının səda­qə­ti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq və s. milli dəyərlər arasında xüsusi yer tu­tur. Xalq pedaqogikasına geniş yer ayıran Akif Abbasov bu kimi ibrətamiz misallar gə­tirir: “Arvadın isməti-ərin izzəti”, “Varını itirən az şey itirər, namusunu itirən çox şey”, “Ailə xoşbəxtliyin açarıdır”, “Ağıllı gəlinin ailədə üzü ağ olar”, “Ağıllı gəlin ər evində həm yarıyar, həm qarıyar”, “Ailədə yanılmaq yamanlıq gətirər”, “Ailənin üzüağlığı na­mus­dur”, “Ailəyə xor baxan aləmə də xor baxar”, “Ailənin sirri, sözü ailədə qalar”, “Ar­va­dı tənbəl olan kişinin işi əngəl olar” və s. Professor haqlı olaraq qeyd edir ki, xalq tə­fək­kürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanları mənəvi baxımdan saf­laşdırır, bir şəxsiyyət kimi kamilləşdirir, yetkinləşdirir. Belə nümunələr ailə və məktəb uşaq­larının, yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.

Professor Akif Abbasov “Avesta” və islam dinindəki ailəyə ciddi münasibətlərin formalaşdırılması məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Hər iki əsərdən nü­munələr gətirərək göstərir ki, ailə tərbiyəsi prosesində bihudə yerə tələbkarlığı azalt­maq, ehtiyac duyulmadan tərbiyə olunana acıyaraq rəhmdillik, yersiz mərhəmət gös­tər­mək, güzəştə getmək, sərt tədbir görmək, lazım gəldiyi halda bağışlamaq uşağın əxlaqını pozar, onu ərköyün, sözeşitməz edər.

Görkəmli alim, professor Akif Abbasov “Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsi nümunələrini də ətraflı və maraqlı şəkildə tədqiq-təhlil süzgəcindən keçirmişdir. Belə ki, Oğuzlarda övlada valideyn məhəbbətini; oğlan və qızlara ad qoyma mərasiminin necə və hansı şəkildə təşkil olunmasını; qadına münasibəti; ailə şərəfini; ömür-gün yoldaşlarını ne­cə seçmələrini; ailədə uşaqlar arasında qarşılıqlı münasibətlərin necə tənzimlənməsini; ailə­lərdə uşağa(lara) tələbatın həllinin necə tapmasını təsvir etmişdir. Müəllif yazır ki, Oğuz­larda ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsi he­sab edilmişdir. Bu gün də türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güc­lü­dür. Ailənin namusunun, qız-gəlinin ismətinin qorunması üçün cavanlarımız, ailə­nin baş­çıları, qadınlarımız tarixən hər cür məhrumiyyətlərə, əzab və işgəncələrə sinə gər­miş, mü­barizə aparmışlar.

Bildiyimiz kimi, Dədə Qorqud 54 öyüd söyləmişdir. Bu 54 öyüdün 16-sı ancaq ailə və ailə tərbiyəsi ilə bağlı öyüdlər sayılır ki, Akif müəllim də bu kimi öyüdləri an­la­şıq­­lı və sadə dildə təhlil obyektinə çevirmişdir. Akif müəllim dərs vəsaitinin “Kitabi-Dədə Qorqud”da tərbiyə məsələləri” adlı yarımbölməsində övlada olan ata sevgisini, ana mə­həbbətini, ailədə uşaqlar arasındakı qarşılıqlı münasibətləri boylardan gətirdiyi fakt­lar­la, misallarla təsvir edir və bütün bunları ailə etikasının rəmzi hesab edir. Belə ki, Baybö­rə­nin oğlu Beyrəyin “ölüm” xəbərini eşitməsi və atanın ağlamaqdan gözlərinin tutulması, 16 illik ayrılıqdan sonra oğluna qovuşması, oğlu olduğuna əmin olması üçün, oğlunun (Beyrəyin) çəçələ barmağını qanadıb dəsmala silib gözlərinə çəkməsini, gözləri açılarsa, gözlərinə yenidən nur gələrsə oğlu olacağına inanacağını; Dirsə xanın xainlər tərəfindən al­dadılaraq oğlu Buğacı ölümcül yaralaması, ananın dağ çiçəyi və ana südü ilə oğlunun ya­rasına məlhəm qoyub sağaltması; Beyrəyin bacılarının hər gedib-gələndən Beyrəyi sor­ma­larını, ələmə-yasa batmalarını və s. Akif Abbasov psixoloji baxışdan entuziast bir sənət­kar kimi xarakterizə edir.

Demokratik fikirlər müəllifi Akif Abbasov Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Məhin Banunun Şirinə poetik dillə dediyi öyüd dolu sözləri eyni ruh, eyni gö­rüş­lə nəsr dilinə çevirərək mənəvi gözəllik ölçüləri ilə oxucusuna çatdırması da təqdirəlayiqdir. Dərslikdən oxuyuruq: “Sən (Şirin – K.C.) bütün gözəllərin sultanısan, sənin bircə nazın yüz şahlığa dəyər; xoşbəxtlik sənin ardınca kölgətək gəzir. Gözəlsən, camalın yer üzünə nur saçır, fəqət, sənin bəzəyin ismət­dir, nəzakətdir, hüsnün ismətinin pənahındadır” [Bax: səh.50]. Bu bölmənin təhlili bir da­ha göstərir ki, Akif müəlllimin dili diqqətəlayiqdir. Akif müəllim dilin hissi cəhətinə, tə­sir­li olmasına çox əhəmiyyət verir. Professorun dili bir şeir qədər ahəngdar və ifadəlidir, oxucusuna lirik bir parça təsiri bağışlayır.

“Əxlaqın əsas kateqoriyaları” adlanan (vicdan, namus, ismət, hə­ya, məsuliyyət, şərəf və ləyaqət, xeyirxahlıq və yaxşılıq və s.) ikinci bölmədə Akif müəl­li­min mövqeyi daha çox böyükdür. “Əxlaqın əsas kateqoriyaları” adlı bölmədə müasirlik biz oxu­cuları hər şeydən daha çox maraqlandırır. Çünki ədəbiyyatlardan gətirdiyi yüksək bə­dii mövqeni misallarla, məsəllərlə qiymətləndirdiyi kimi, onun ictimai-tərbiyəvi rolunu da yüksəkdə tutur. Vicdan nədir? sualına “Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi mə­su­liyyəti anlamasının bir formasıdır” – cavab verən Akif Abbasov etibarlı mənbələr­dən, müxtəlif şair və yazıçılardan da maraqlı misallar gətirir. Yazır ki, vicdanlı insan pis­lik toxumu səpməkdən uzaq olur. Belə insanlar çalışırlar ki, həyatda fəal mövqe tutsunlar. Təhsil alan, işləyən insanlara qayğı ilə yanaşsınlar. Tək özlərinin yox, ətrafdakı insanların da sevincinə, kədərinə şərik olsun, xeyirxahlıq, qayğıkeşlik göstərsin. Belələri çalışırlar ki, sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala can at­maq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması nəticə­sin­də meydana gələn mənəvi hiss və s. Professor vicdanın oyaq olması, adama düzgün yol göstərməsi üçün özünəhesabatı vacib amil hesab edir. Əgər insan günü başa çatandan sonra – ötən saatları necə keçirdim, ondan səmərəli istifadə edə bildimmi? Mək­təbdə, iş­də üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdimmi, yoxsa günümü birtəhər ötüşdür­düm­mü? Kiminsə xətrinə dəydimmi? Bu və ya digər hadisə baş verərkən mənəvi borcu­ma əməl etdimmi? Kiminsə bədxahına çevrilmədim ki? bu və ya bu kimi başqa suallarına cavab axtarırsa deməli vicdanı qarşısında da cavab verir. Həyanı vicdanın barometri hesab edən Akif müəllim gənc ailələrdən vicdanı, abırı, həyanı itirən insanlar­dan kənar ol­mağı tövsiyə edir. Yazır ki, belələrindən hər cür pislik, mərdiməzarlıq, alçaq­lıq göz­ləmək olar. İnsan taleyi ilə oynamaq həmin şəxslər üçün heç nədir. Belə ünsürlər cə­miy­yət qarşısında, vətən, xalq qarşısında məsuliyyət daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, mənafeləri üçün çalışırlar.

Akif Abbasov “Milli əxlaq və ailə etikası” dərsliyində şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, xeyirxahlıq və yaxşılıq və s. söhbət açarkən belə anlayışların qədim tarixə kökləndiyini misallar və izahlarla açıqlayır. Yazır ki, feodalizm dövründən başlayaraq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahibləri şərəf, namus və ləyaqət baxımından öz şəxsiyyətlərini digər insanlardan üstün hesab et­miş, belə məfhumlara böyük dəyər vermiş, bəy, ağa, qraf, knyaz adlarına ləkə gətirmək­dən çəkinmişlər. Professor “O olmasın, bu olsun” bədii filmindən misal gətirir: Rüstəm bəy qumarda uduzur. Daha pulu olmadığı üçün ayağa qalxaraq uduzduqlarını qaytaracağına masa ətrafındakılara inandırmaq üçün tituluna and içir: “Uduzduğum pulları yarım saatdan sonra gətirərəm. Mən bəy kimi namusuma and içirəm” – deyir. Şərəf, namus və ləyaqət his­si bəzi bəy, ağa, xanlarda lovğalıq, xudpəsəndlik, şöhrətpərstlik, heç kimi bəyənmə­mək, harınlıq da yaradırdı. Ancaq bəy, ağa, xanların bir çoxu, sözün həqiqi mənasında, şərəf, namus, ləyaqət nümunəsini göstərir, özlərini ağayana – əsl insan kimi aparmışlar. Bu mənada, Akif müəllim İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağanı oxu­cu­lara xatırladır. Təbii ki, bu fikirlərdən heç də belə anlaşılmasın ki, şərəf, namus, lə­ya­qət ancaq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahiblərinə aid edilməlidir. Xeyir, heç də elə deyil. Bu gün cəmiyyətin ayrı-ayrı üzvləri şərəf, ləyaqət və namusu var-dövlətdən, titul və rütbədən, vəzifədən də uca tuturlar. Akif Abbasovun atalar sözü və zərbi-məsəllərdən, həmçinin görkəmli mütəfəkkirlərdən gətirdiyi misal və məsəl­lər də təqdirəlayiqdir. Bunlardan bir neçəsinə nəzər salaq: “Varını itirən az şey itirər, na­mu­sunu itirən-çox şey”; “Namusu itə atdılar, it yemədi”; “Ağlın varsa, gücə, qızıla, nü­fu­za tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun (Xaqani Şirvani)”; “Sizə yax­şılıq edildiyi vaxt siz də yaxşılıq edin (Məhəmməd peyğəmbər)”; “Bacardığın qədər yax­şılıq toxumu ək ki, yaxşı bəhrə götürəsən (Hümam Təbrizi)”; “Mənəvi borc insanlar ara­sında münasibətlərdən yüksəkdə durur (İmmanual Kant)”; “Çalış öz dövrənə həmişə əxlaq, na­mus və qeyrət hasarı çək (Marağalı Əvhədi)”; “Kişinin qeyrəti olmasa, məsləki də olmaz (Key­ka­vus)”; “Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir (Jan Jak Russo)”.

Akif Abbasov, həmçinin “Milli əxlaq və ailə etikası” adlı dərsliyində maraq dolu suallar da yaratmışdır. İnsan nə üçün yaşayır? Həyatın mənası varmı, varsa – nədədir? Hansı həyat tərzinə üstünlük verilməlidir? Yaşamağa dəyərmi? Xoşbəxtlik var-dövlətdir, yoxsa…? Belə maraq dolu suallara Akif müəllim özü də cavab verir. Dərslikdə qeyd edildiyi kimi, bə­ziləri güman edirlər ki, insan dünyaya gəldi, yaşadı, öldü – bu dövr, bu müddət onun hə­­ya­tıdır. Əslində isə bu belə deyil. İnsanın mənalı, məzmunlu, cəmiyyət və ailəsi, bə­şə­riy­­yət üçün gördüyü işlər, onlar üçün yaşayıb fəaliyyət göstərdiyi faydalı, məhsuldar öm­rü onun əsl həyatıdır. Mənasız sərf etdiyi, sadəcə yeyib-yatdığı, ailəsinin gözündən oğur­la­yıb çəkdiyi kef, necə deyərlər, “papağını günə yandırdığı”, insanlığa fəlakətlər gətir­diyi günlər, adamların iztirabına, göz yaşlarına, kədərinə, bəxtəvərliyinə, əzab-əziy­yə­tinə, işgəncəsinə səbəb olduğu anlar onun ömrünə yazılmır, yazılsa da, qara hərf­lərlə yazılır.

Akif müəllim dərslikdə cəmiyyət və ailəsi üçün gördüyü işlərdən, onlar üçün yaşayıb fəa­liy­yət göstərən Azərbaycan xalqının iftixarları sayılan Rahib Məmmədovdan, Mübariz İbrahimov kimi igid, qorxmaz cəsurlardan da bəhs edir. Bir zamanlar Biləsuvarda bö­yü­yüb boya-başa çatan Mübariz İbrahimovu tanıyanlar zənnimizcə onlarla idi. Ordu sırala­rın­da vətəni xidmətini yerinə yetirən zaman nə qədər üzdəniraq erməni əsgərlərini, zabit­lə­rini, generallarını və sursatlarını məhv etmişdisə ermənistanda matəm elan olunmuşdur (2010-cu ilin iyun ayı). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərə­fin­dən ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun ailəsinə də Azərbaycan xalqının məhəbbəti sonsuz­dur. Böyük Vətən Müharibəsində igidlik göstərən Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov, Qafur Məmmədov və digərlərinin adını çəkiriksə II Qarabağ uğrunda gedən döyüşlərdə Qarabağı mənfur düşmənlərdən qanı bahasına geri alan minlərlə şəhidlərin və qazilərin adını çəkmək olar. Professorun qeyd etdiyi kimi, ana torpağı öz canları-qanları bahasına qorumuş şəhidlər və qazilər hər bir ailənin övladlarına örnəkdir, nümunədir. İnsan ömrü çox da uzun deyil, ona görə də bu həyatı mənalı yaşamağa çalışmaq lazımdır. Anri Barbüsün dediyi kimi: Ölmək yox, yaşamamaq dəhşətdir.

Tədqiqatçı-alim Akif Abbasov “Ailə etikası” adlı üçüncü bölmədə “Oğlan və qız­la­rın qarşılıqlı münasibətlərinin əsasları”, “Sevənlərin davranış mədəniyyəti”, “Nikah”, “Ailə üzvlərinin hüquq və vəzifələri”, “Ailənin mənəvi əsasları”, “Ailənin psixoloji iq­limi”, “Ailə bayramları”, “Ailə büdcəsi” və s. məsələlərdən bəhs edir. Ailə – insanların qar­şı­lıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təza­hü­rü­dür – deyən professor ailəni ictimai-tarixi hadisə adlandırır. Həmçinin, ailənin bir sıra funk­siyalarına (reproduktiv, təsərrüfat-iqtisadi, ünsiyyət, tərbiyə, ailənin asudə vaxtının və istirahətinin təşkili, bərpaedici və s.) da aydınlıq gətirmiş və təhlil süzgəcin­dən ke­çir­miş­dir.

Professor “Milli əxlaq və ailə etikası” dərsliyinin “Ailə və uşaqlar” adlı dördüncü bölməsində də (“Gənc ailədə uşaq” səh.287; “Ailədə uşaqların tərbiyəsi. Ata və ana ilk tərbiyəçilərdir” səh.295; “Ailədə tərbiyənin prinsip və metodlarından istifadə” səh.308) ailədə tərbiyənin prinsip (Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alın­ma­sı prinsipi; Tərbiyədə fərdi yanaşma prinsipi; Hörmət və tələbkarlıq prinsipi; Tərbiyə olunanın müs­bət cəhətlərinə istinadən qüsurların aradan qaldırılması (nikbinlik) prinsipi; Uşağın diq­qətini mənfi nümunələrə yönəltməklə davranış normalarından kənaraçıxma hallarının qar­şısını almaq prinsipi; Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi; Sistema­tik­lik və ardıcıllıq prinsipi) və metodlarından (alışdırma, öyüd-nəsihət, söhbət, rəğbət­lən­dir­mə və cəzalandırma, şəxsi nümunə və s.) necə istifadə etməyin yollarına aydın­­lıq gətirmiş və həmçinin, aydın, səlis, rəvan sözlər və cümlələrlə şərh və izah etmişdir.

Əbəs yerə demirik ki, aydın zəka sahibi Akif müəllim “Milli əxlaq və ailə etikası” adlı dərsliyində ailə münasibəti məsələlərini səlis, rəvan dillə və sadə, aydın cümlələrlə şərh və izah etmişdir. Bir çox dərsliklərə nəzər salan zaman görürük ki, çox müəlliflər hər hansı bir mövzunu tədqiq və təhlil etməyə çalışarkən (Məsələn, deyək ki, Ailə tərbiyəsi; Ailəyə pedaqoji kömək; Ailənin psixoloji iqlimi; Ailə bayramları; Sinif rəhbərinin ailə ilə işi və s.) daha çox aşağıdakı şəkildə yazırlar: Valideynlər Konvensiyanın uşağın yaşamaq hüququ haqqında müddəalarını bilməlidir(lər); Ailə ənənələrin varisliyini təmin etməli­dir(lər); Sağlam ailələrdə valideynlər və uşaqlar gündəlik təbii münasibətlərə bağlı olma­lı­dır(lar); valideynlər öz uşaqlarının xarakter və xüsusiyyətlərini bilməlidir(lər) və s. və i. Göründüyü kimi, dır, dir, lar, lər. Ancaq professor Akif Abbasov istiqamətvericiliklə ya­na­şı hər bir mövzuda fikirləri aydın işıqlandırmış, portret rəssamı kimi əlvan rənglərlə, boyalarla canlandırmış, oxucusunu fikirlər, anlayışlar aləminə səfərbər etmişdir. Bu da təbii ki, hər bir oxucuda xeyirxah əməllər sahibi olmaq əzmini, emosionallığı, mənəvi tələbatları daha da qüvvətləndirir.

Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindəki fikir və görüşlərə yekun vurarkən aşağıdakı nəticələrə gəlirik:

1. Pedaqogika elminin inkişafında yorulmaq bilmədən axtarışlar aparan cəfakeş tədqiqatçı Akif Abbasov Azərbaycan ailəsində milli əxlaqımızı və onun tələblərini əsas götürərək qarşılıqlı münasibətlərin qurulmasını pedaqoji-psixoloji məqamlarla araşdır­mış­dır;

2. Pedaqoji və psixoloji biliklərin azmanı Akif Abbasov Azərbaycan şifahı xalq ədə­biyyatı, “Avesta”, islam dini və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəxsiyyətin key­fiy­yətlərinin inkişafı qayğısına qalmağı vacib tələb kimi irəli sürmüş və işıqlandırmışdır;

3. Tarixi həqiqətləri zərrə-zərrə üzə çıxarmış Akif Abbasov Nizami Gəncəvinin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, A.Bakı­xanovun, M.F.Axundovun və b. mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və ailədə əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmişdir;

4. Pedaqogika elminin yorulmaz təbliğatçısı Akif müəllim Azərbaycan ailəsində pe­da­­qo­ji-psixoloji, milli-mənəvi xüsusiyyətləri, adət və ənənələri, valideyn-oğlan mü­naşi­bət­ləri, oğlanlarla qızların dostluğuna münasibəti, sevənlərin davranış mədəniyyətini, ni­kah, geyim və gözəlliyin vəhdətindəki qanunauyğunluqları müəyyənləşdirmiş, təhlil süzgəcindən keçirmiş­dir;

5. Alicənab duyğular və nəcib hisslər carçısı Akif Abbasov Azərbaycan ailəsində oğlan və qızların sosializasiyasının xüsusiyyətlərini müəyyənləşdirmiş və çağdaş mərhələdə sosializasiya anlayışının mahiyyəti və məzmununa aydınlıq gətirmışdır;

6. Milli ruh və milli düşüncə təbliğatçısı Akif Abbasov qızların oğlanlarla ünsiyyəti, yaş­lı­larla qarşılıqlı münasibətlərinin pedaqoji-psixoloji məsələlərini araşdırmış, ailə ixtilaf­la­rının səbəblərini aydınlaşdırmış və təhlilini vermişdir;

7. Sözündə qəti, işində mübariz, qərarında prinsipial olan professor Akif Abbasov dərs­likdə gender – insanın cəmiyyətdə davranışını müəyyən edən sosial cins və bu dav­ra­nı­­şın necə qəbul edilməsinin vəzifələrini, funksiyalarını və rolların konsepsiyasını müəy­yən etmişdir;

8. Saysız-hesabsız əsərlər və tərcümələr müəllifi Akif Abbasov ümumtəhsil məktəblərində vali­deyn­lərin, xüsusilə gənc valideynlərin hamılıqla pedaqoji-psixoloji sərvət və biliklərə yi­yə­lənmələri üçün səmərəli tədbirlər həyata keçirməyin metod və yollarını müəyyən­ləş­dirmişdir.

20200512_104454KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yazıya 335 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.