27 – 28 may tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.
Kultur.az Anaib.az-a istinadən xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq.
Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.
Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək.
Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq.
İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.
Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.
Giriş sərbəstdir.
Yazıya 4 dəfə baxılıb