Bakıda 6-cı Uluslararası “Basma Fistan Giyerim” Çalıştay Simpoziumu keçiriləcək

20–25 May tarixləri arasında Bakıda Türkiyə və Azərbaycan sənət cameələrini bir araya gətirən 6-cı Uluslararası “Basma Fistan Giyerim” Çalıştay Simpoziumu keçiriləcək.

Sənəti qardaşlıq dili ilə qovuşduran bu tədbir mədəniyyətlərarası dialoqu təşviq edən sənətçilər arasında yaradıcı əməkdaşlıqları gücləndirən mühüm bir platformadır.

Nəvai Metin Məmmədoğlu (Azərbaycan) və Günay Aralın (Türkiyə) kuratorluğu ilə baş tutacaq Simpoziuma Türkiyə və Azərbaycandan seçilmiş sənətçilər qatılacaqlar. İştirakçılar birlikdə əsərlər yaradacaq, təcrübələrini bölüşəcək və beynəlxalq sənət birliyinə töhfələr verəcəklər.

Əsas tədbir:

23 may 2025 tarixində Bakı Atatürk Mərkəzində çalıştay müddətində ərsəyə gəlmiş əsərlərdən ibarət qarma sərgi təşkil olunacaq və sənətsevərlərlə toplantı keçiriləcəkdir.

Tədbirin məqsədi:

Türk dünyası sənətçiləri arasında mədəni körpülər qurmaq;

Beynəlxalq sənət əməkdaşlıqlarını inkişaf etdirmək;

Ortaq yaradıcılıq və fikir mübadiləsi mühiti yaratmaq;

Azərbaycan və Türkiyə arasında mədəni-sənət əlaqələrini gücləndirməkdən ibarətdir.

Bu simpozium sənətin birləşdirici və sağaldıcı gücünü əks etdirərək, həm fərdi, həm də kollektiv sənət yaradıcılığını dəstəkləməyi hədəfləyir. Tədbir nəticəsində ərsəyə gələn əsərlər sənətin ümumbəşəri dilini ifadə edəcək və yadda qalan izlər buraxacaqdır.

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.