Şükür Mürsəloğlu – Laçın-Laçın çiçəkliyirəm (şeirlər)

şükür mYenə bahar gəldi, yenə yaz oldu,
Yenə Laçın-Laçın çiçəkliyirəm.
Düşüb arxasınca arzularımın,
Körpə uşaq kimi iməkləyirəm.
.
Adını sevdiyim ən kövrək yerim,
Ruhumda ən zərif, ən ipək yerim,
Ümid qapısıdır yelləncək yerim,
Əsib pərdə-pərdə küləkliyirəm.
.
Qaldım bu cığırın, yolun üstündə,
İlan əyriliyi var ütüsündə,
Bir diş zəhər qalxır köz tüstüsündə,
Bal bilib özümü kələkliyirəm.
***
Necə sığdıq ovuc boyda qoltuğa,
Necə keçdik balıq kimi qarmağa ?
Başımıza qonub beş-on mığmığa,
Saçımıza birə düşüb, bit düşüb.
.
Şirin dilli adamdılar, baldılar,
Diri-diri halvamızı çaldılar.
Əlimizdən dəyənəyi aldılar,
Arxamızca köpək düşüb, it düşüb.
.
Xallı dana öküz sevməz–vasvası,
Kəhər atın artıq düşüb arpası.
Xoruzumuz banlamağın ustası,
Toyuğumuz yüz ildən bir küt düşüb.
.
Boyunduruq boynumuzun yüküdür,
Qorxumuzdan canımızı ürküdür.
Hara baxsaq dovşan, çaqqal, tülküdür,
Balaları qoşa düşüb, cüt düşüb.
.
.Bizlik deyil, olacaq şey olmaya,
Addımbaşı günah çıxır ortaya.
Mələyin də gen qazdığı quyuya,
Adəm baba, Həvva nənə lüt düşüb.

Yazıya 163 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.