Şuşa əsilli bəstəkarların yad edilən əsərləri

imgpreview (1)Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətimizin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar və şəxsiyyətlər olmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsi, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılması ölkəmizin musiqi mədəniyyətinə xüsusi qatqısı olmuşdur.
İttifaq nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir və eyni zamanda əhəmiyyətli tədbirləri ilə ölkəmizin musiqi həyatında daim canlanma yaradır.

Belə konsertlərdən biri də 23 sentyabr, 2022-ci ildə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa əsilli bəstəkarların kamera əsərlərindən ibarət keçirilən konsertdir. Konsertin əsas məqsədi Şuşada yetişmiş bəstəkarların əsərlərini ifa etmək onlara yenidən nəfəs vermək və eyni zamanda dünyaya Qarabağın məhz Azərbaycan torpağı olduğunu bir daha sübut etməkdir.

Keçirilən konsertdə ön sözü Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti və professor Firəngiz Əlizadə söylədi. Belə ki Firəngiz xanım çıxışı zamanı məhz bu konsertin böyük bir məna daşıdığını vurğuladı. Ona görə ki, bu konsert yenə də hər kəsə göstərir ki, Şuşadan başlanan musiqimiz, bizim böyük bəstəkarlıq məktəbimiz bu gün də yazır, yaradır və fəaliyyətdədir.

Firəngiz Əlizadə çıxışı zamanı daha bir əhəmiyyətli aspektə də toxunmuşdur.

Belə ki, biz dünyaya öz musiqi mədəniyyətimizi yetərincə tanıda bilməməyimiz bizim musiqi mədəniyyətimizə ciddi zərər vurmuşdur.

Firəngiz xanım ölkəmizdən kənar keçirilən bir tədbirdə olarkan Moskvadan gələn bəstəkar Məhəmməd Hüseynovun söylədiklərini bu konsert vasitəsilə dünyaya çatdırır ki, müsəlman dünyasının yeganə bəstəkarlıq məktəbi məhz Azərbaycan bəstəkarlıq məktəbidir. Bu sadə, amma çoxmənalı tezisi biz lazımı qədər dünyaya çatdırmalıyıq. Firəngiz Əlizadənin çıxışından sonra şəhidlərimizin əziz xatirəsinə ithafən bir dəqiqələlik süküt da elan olundu.

Konsertin aparıcısı Azərbaycan Bəstəkarlıq İttifaqının baş məsləhətçisi Sevda Hüseynova idi.

Belə ki konsertin proqramı olduqca geniş və maraqlı idi. Konsert zamanı ilk çıxış Azərbaycan Bəstəkarlıq məktəbinin təməlini qoymuş Üzeyir Hacıbəylənin “Arşın mal alan” operettasından olan Gülçöhrənin ariyası idi. İfacı qismində Xalq artisti Gülnaz İsmayılova müşayiətçi isə Xalq artisti Ülviyyə Hacıbəyova idi.

Konsert çərcivəsində bəzi əsərlər ilk dəfə ifa olunurdu ki, bu da çox qürur verici bir haldır. Belə əsərlərdən biri bəstəkar Vüqar Camalzadənin Şah İsmayıl Xətainin sözlərinə yazmış olduğu “Sərdar bir” vokal və instrumental ansambl üçün olan əsəridir. Əsərin vokal ifaçısı da çox qiymətli Aysel İbrahimova bu əsəri məharətlə ifa etdi.

Digər ilk dəfə səslənən əsər isə bəstəkar Rəna Qədimovanın “Musical offering” əsəri idi. Bəstəkar bir necə əsərin sintezindən qiymətli bir əsər yaratmışdır.

Son ilk ifa isə bəstəkar Cəlal Abbasovun Seyran Qafarovanın əziz xatirəsinə ithafən yazdığı “Onsuz” əsəri idi. Hər üç əsərdə ilk dəfə ifa edilmələrinə baxmayaraq tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Beləlikə, biz musiqişunas olaraq çox sevinirik, qürur duyuruq ki, belə tədbirlər və konsertlər təşkil olunur və biz də səsimizi, musiqimizi dünyaya çatdıra bilirik. Ümid edirik ki, ən qısa zamanda Şuşamızda və Qarabağımızda belə konsertlər təşkil edəcəyik. Biz gənclər söyləmək istəyirik ki, nəfəs aldığımız hər bir an Azərbaycan musiqisini dünyaya çatdıracağıq.

                                                                                                    Özləm Əliyeva

Yazıya 45 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.