.
Balacadır
Rəfi hələ.
Maşın sürür
Gülə-gülə.
İşə gedir,
Hər gün ana.
Oğlan da əl
Edir ona.
Göndərdilər,
Anasını,
Uzaq yerə,
İş dalınca.
Nənəsiylə,
Evlərində
Tək qalınca
Dedi Rəfi:
-Hansı yana,
Gedib ana,
Göstər öpüm
O tərəfi.
***
AYSU
.
Aysu top top oynayır,
Anası çağırır, gəl.
Qaranlıq düşüb çoxdan,
Sən də yat, sən də dincəl.
Qız əlini yelləyir,
– Ay ana, mən bu axşam,
Gözümdəki yuxunun,
Hamısını yatmışam
***
ÇƏTİR
.
Atası Xatirəyə,
Çətir almışdı yayda.
Yağış da yağmırdı heç,
Qurtarmırdı bu yay da.
Uşaq təzə çətrini,
Açıb aldı əlinə.
Dedi : _ Bacı, hovuzdan,
Gəl, yağış yağdır mənə
***
YAXŞIOLMA DƏRMANI
.
Hüseyin xəstələnib,
Ülvüyyədi həkimi.
Nəbzini tutur, sanki,
Yoxlayır həkim kimi.
İstilikölçənidir,
Əlindəki qələmi.
Diqqətlə baxıb deyir:
– Qızdırman var, eləmi?
Sənə yazaram indi,
YAXŞIOLMA dərmanı.
Yeyib tez sağalarsan,
Konfet, Alma dərmanı.
***
SIRĞALI ŞAXTABABA
.
Yeni il axşamında
Gəldi Şaxtababamız.
Hamımızın adını,
Bildi Şaxtababamız.
Bu Şaxtababamızın
Qulağında sırğa var.
Oxuyub oynadıqca ,
Yırğalanırdı onlar.
Sırğalı Şaxtababa
Necə gülməli idi.
Bacıma da , mənə də ,
Çoxlu hədiyyə verdi.
Bizim Şaxtababamız
Sən demə yalan imiş .
Sırğasından tanıdım ,
Gülbəniz xalam imiş.
***
TEZ YE
.
Bu alma, üzüm,
Bu armud, qaqaş.
Tez ol , ye, qaqaş,
Tez ol , ud , qaqaş.
Dənələmişəm ,
Bax, şirin narı.
Nənəm görməmiş,
Anam bilməmiş,
Tez ye bunları.
Bilsələr onlar,
Yenə hay – həşir
Qoparacaqlar.
Səni çöpçüyə,
Aparacaqlar.
Boğazından çöp,
Çıxaracaqlar.
Tez ol , ye, qaqaş,
Tez ol , ud , qaqaş.
Bu alma, üzüm,
Bu armud, qaqaş.
***
HƏKIM YATIB
.
Pişik gecə qorxmayır,
Agaca dırmaşır bax…
Sürüşəcək ayağı,
İndicə yıxılacaq.
”Pişt”, ”pişt”! Pişik, düş yere,
Sözə baxmır o neyçün?
Dəcəllik eləməsin,
Agrıyar qolu, qıçı…
Həkim də yatıb indi,
Kim gəlib baglayacaq?
Yaralansa bu pişik,
”Miyhamiy” aglayacaq.
***
YUXULU LAYLA
.
Anası evdə yoxdur ,
Ramil də hay – küy salır.
Yatmayır xala , bibi,
Bayaqdan layla çalır.
Übüş deyir anamın
Laylası yuxuludu.
Axşam layla çalantək,
Qardaşım yuxuladı.
***
MƏN QOĞAL OLSAM
.
* Qoğal * ın nağılını,
Bacım söyləyir axşam :
…Undum qoğal olmuşam,
Süd ilə yoğrulmuşam.
Özümə yol açmışam,
Nənədən də qaçmışam.
Babadan da qaçmışam.
Dovşandan da qaçmışam,
Ayıdan da qaçmışam.
Bəs səndən nə var qaçmağa?
– Ancaq mən qoğal olsam,
Özümə yol açmarzdım.
Nənədən də qaçmazdım,
Babadan da qaçmazdım .
Eşitmirəm deməzdi,
Tülkü məni yeməzdi.
*
Xəbərçilik etmirem
Nənəsinin yanında ,
Nigar bu gün tək idi.
Oynadı öz-özünə,
Alma,heyva ,kök,yedi.
*
Sonra evdə darıxdı,
Tezcə həyətə cıxdı.
Nənənin gətirdiyi,
Su vedrəsini yıxdı.
*
Dinc durmadı əlləri,
Yoldu,tökdü gulləri.
Nənəsi bilməsəydi,
Əzərdi şitilləri.
*
O,qıza acıqlandı;
Gəlib səni döyəcəm.
Gördüyün bu işləri,
Anana da deyəcəm.
*
Tez cıxdı ləkdən Nigar,
Çığırdı bərkdən Nigar.
Nənə özün demirdin,
Nigar, mənə qulaq as?
Adam yalançı olmaz,
Adam xəbərçi olmaz,
Xəbərçilik etmirəm,
Nənə ,sən ki görürsən.
Indi məndən anama
Özün xəbər verirsen…..
***
SOYUNA BİLMİR
.
Pişiyi özümüzlə
Apardıq çimərliyə.
İstidə girər suya,
Bizimlə çimər deyə.
Hamımız düşdük suya,
Bizə fikir vermədi,
Soyuna bilmir deyə
Pişik suya girmədi.
***
GÜNƏŞ SƏNDƏYMİŞ
.
Evdə oturub Übüş,
Günəş şəkli çəkirdi.
Bayırda isə hava,
Yamanca soyuq idi.
Bacısı görüb dedi:
-Dona dona soyuqda,
Günəşi axtarıram,
Mən də çöldə bayaqdan.
***
KRASVORD
.
Hələ kiçikdi Türkan,
Məktəbə çatmır yaşı.
Krasvord qəzeti var,
Həm yazan karandaşı.
Qaşını çatıb baxır,
Heç bilmir sual nədir?
Mızıldanır guya ki,
O , krasvord həll edir.
Axı hələ bacarmır,
Onu , bunu yazmağı.
Yenicə öyrənibdi,
*A* nı, *B* nı yazmağı.
Gah fikirli göründü,
Gah baxdı ora – bura.
Tanıdığı hərfləri,
Yazdı boş xanalara.
***
FUTBOLÇU
.
Futbolçuyam , ata, mən,
Top itməyir gözümdən.
Qaça – qaça bax, belə,
Qüvvətli zərbə ilə,
Irəli vurdum topu,
Ancaq bir azca qapı,
olsaydı bu tərəfdən,
Bir QOL da vurmuşdum mən
***
BİZİM TAĞI
.
Heç xoşlamır
Bizim Tağı,
İş görüb,
Dərs oxumağı.
_ Bir arzum var,
Çatım, deyir
Yeyim , deyir,
Yatım deyir .
Atam , anam,
Söz deməsin.
Məndən cavab
Gözləməsin.
Kimsə məni,
Dindirməsin.
Cin atına ,
mindirməsin.
***
***
QAR YEYƏN QUŞLAR
.
Cikkildəyir sərçələr,
Qar dənləyir sərçələr.
Onlar xəstələnəcək,
Başları ağrıyacaq,
Həkim iynə vuracaq.
Oynamağa çağırdım,
Qar yeyən quşları mən.
Hamısı uçub qaçdı,
Yemirəm heç qarı mən.
***
CAMAL KÜSÜB
.
Camalgilin arxından,
Bağçamıza su gəlir.
Çiçək dolu ləkləri,
Atam suvarır bir – bir.
Axıb gələn Camalın,
Çəkməsinin tayıdır.
Camal küsüb bildim mən,
Bu da alma payıdır.
***
KİRPİ
.
Rizvan dedi:
– Elcangilin
Çəpərində
Kirpi var.
Tez buraya
Qaçıb gəldi
Uşaqlar.
Biri ora
Daş atdı.
Biri ağac
Uzatdı.
Yox idi kirpi.
Çıxmadı kirpi.
Hanı kirpi?
Niyə çıxmır
Eşiyə?
Yoxsa girib
Çəpərdə bir
Deşiyə?
Çığırdılar,
Bağırdılar.
Axşamadək
Çıxmadı kirpi.
Yox idi kirpi
Dedilər ki,
Gəlin gedək,
Kirpi burda ,
Qorxa – qorxa
Qalacaq tək.
***
AĞACLAR DALAŞMASIN
.
Ağaclar yırğalanır,
Şəfəq baxır aynadan.
Deyir : – Bacı , onları,
Kimdir belə oynadan?
Bacısı başa salır:
– Külək çalır astaca ,
Yırğalayır quşları
Budaqların üstəcə
Birdən bərkiyir külək,
Qız qorxub çığırır bərk:
– Bacı , bacı , gəl qoyma,
Küləyə de , çalmasın,
Ağaclar dalaşmasın,
Quşlar uçub qaçmasın.
***
AL GÖRÜM
.
Heç yadında qalmayır,
Rizvanın * keçi* şeri.
Oxuyur əzbərləyə
Bilməyir neçün şeri?
Kiçik qardaşı Ruslan,
Topu atır, yüyürür,
* Bib – bibib * maşın sürür,
Səsi evi bürüyür.
Rizvan Ruslandan hirslə,
Alır topu, Maşını.
Özünə də təpinir:
– Ağrıtma də , başımı…
Qışqırırsan bayaqdan,
Yarımçıq qalıb dərsim.
Ruslan gülür : – Heç mənə,
Mane olmayır səsim.
Ağzından götürmüşəm,
Oxuduğun şeri mən.
Öyrənməmisən hələ,
Söyləyirəm əzbərdən.
* Ala – bula, boz keçi *,
Bunu da sənə verim?..
Maşının , topun kimi,
Şerini də al görüm !…
***
ZURNA
.
Vasif verib Orxana
Balaca qarğı zurna.
Özünə də tapşırıb ,
Cal, züyüldət, boş durma!
Yığışdılar uşaqlar,
Gəldilər Orxangilə.
Onlarla oynamırdı,
Zurna çalırdı hələ:
– Düd, düd, düd – düdüd…..
Yaxşı qatır başını.
Samir həvəslə sürür,
*Bibib_ bibib* maşını.
Orxanın xoşlıdığı,
Konfeti Şahin yeyir.
Sarı çəkmələrini,
Sadiq tərsinə geyir.
Nərgiz onun *at*ını,
Verin – deyib , ağlayır.
Rəşaddadır kəməri,
Öz belinə bağlayır.
Gör necə kef eləyir,
Orxangildə uşaqlar!…
Axı başı qarışıb,
Orxanın zurnası var!
Vasif veribdi ona,
Balaca , qarğı zurna.
Özünə də tapşırıb,
Çal , züyüldət , boş durma!
Yazıya 41 dəfə baxılıb