Hər il həmin gün yadıma düşəcək və hər il hadisənin nə üçün baş verdiyini düşünüb bir az halsızlaşacam, bir az əsəbləşəcəm, bir az da bezəcəm.
Cəmisi bir neçə ay idi ki, universitetə gedirdim. Birinci kurs , bir az baş qarışıq, bir az dərslərin çətinliyi hər şey üst-üstə yığılıb qalmışdı. Dərslərə həvəslə gedib-gəlirdim. Hər gün maraqlı idi : yeni dərslər , yeni insanlar .
Fevral ayının iyirmi biri idi. Yenə dərsə yarı yuxulu , yarı ac, yarı tox gəlmişəm. Gecələr yatmıram, səhərlər də dərsə gəlirəm . Gəlib məkana çatana qədər demək olar ki, ətrafda baş verən heç nəyi anlamıram. Universitetin qarşısına çatanda gördüm uşaqlar yığılıb söhbət edir. Dərs hələ başlamayıb . Salam , sağol keçdim universitetin içinə. Bir tanış qız yaxınlaşdı mənə ki, bəs iki gün sonra sizin bayramınızdı sənə hədiyyə almaq istəyirəm . De nə istəyirsən? Dedim çox sağol amma mən bilmədim nə bayramıdı. Əslində bilirdim nəyi nəzərdə tutur amma anlatmaq istədim ki , həmin günün bayramla əlaqəsi yoxdur . Söhbətmiz uzun oldu , axırda istəmədim xətrinə dəyim dedim hədiyyə almaq istəyirsən al, mənə adi günlərdə hədiyyə alınması xoşdur. Yəni bayram qalsın qıraqda hədiyyəni al. Kitab adı çəkdim, dedim, bax get həmin kitabı al mənə . Harda satılır ona qədər soruşdu. Məndə dedim yerini .
Nəsə vaxt keçdi , gəldik çatdıq iyirmi üç fevral gününə. Yadımdan çıxmışdı hədiyyə söhbəti, heç həmin gün hədiyyə də gəlmədi. Dedim nə gözəl, insan anlayıb ki, bayram deyil bu gün. Amma kitaba görə üzüldüm.
Bir həftə sonra yenə həmin qaydada dərsə gəlmişdim. Gəlib çatanda gördüm qız hə sənin də hədiyyəni almışam deyir. Yenə dedim nə oldu demə səhv fikirləşmişəm. Amma hədiyyənin kitab olması və bayram deyilən günün artıq geridə qalmasına sevindim. Məsələ budur hədiyə ortaya çıxanda bilmədim nə deyim . Alınıb, artıq geri qaytarıb xətrinə dəyə bilmədim. “Qol saatı” . Mənim üçün ümumiyyətlə xoş deyil. Hesablasam çox az qolumda saat olub. Hədiyyəni aldım taxdım qoluma. Amma ürəyim rahat durmadı. Maraqdan dəli olardım, bilməliydim niyə kitab yox məhz saat ? Aldığım cavab məni elə sarsıtdı ki, saata baxıb ağlamaq istədim. Tələbənin dilindən bunu eşitmək adama əzab verir.
Çox ucuz idi. Utandım almağa . Ayıbdı,
səviyyəsizlik kimi çıxır.
Bir neçə gün o saatı çıxarmadım qolumdan. Baxıb düşünürdüm ki , vaxt gedir, saat heç dayanmır amma bizim insanların beyini saatın əqrəblərindən çox geridə qalıb. Zamanın axarında üzü qara dayanmışıq. İlin günün bu vaxtında insanlar bahalı əşyaya ucuz kitabdan daha çox qiymət verir. Amma anlamırlar ki, ucuz kitablar olmasaydı bu gün bahalı əşyaları istehsal edənlər də olmazdı.
Çox uzatmayım. Amma onu deyim ki, bir gün saata ehtiyacım oldu , telefon keçmişdi. Baxmaq istədim ki, saat neçədi. Gördüm ki , əqrəblər donub qalıb, işləmir. Saatım geri qalmışdı.
Yazıya 1118 dəfə baxılıb