Ted Bandi –“Ailəmə və dostlarıma sevgilərimi çatdırın.”

220px-Ted_Bundy    Dünyada yüzlərlə silsilə qətil törətmiş şəxslərdən nümunə göstərmək olar.  Təkcə Amerikada 300 -ə yaxın seriyalı qatil fəaliyyət göstərmişdir və bunlardan bir qismi hələdə fəaliyyət göstərir. Ancaq elə qatillərdə vardır ki, onların əldə etdiyi məhşurluğu heç tanınmış dünya ulduzları belə əldə edə bilməmişdilər. Bunlardan biridə Amerika qatillərinin mənəvi atası Robert Teodor Bandi və ya qısaca Ted Bandidir.  1974 – 1978-ci illər arasında Ted Bandi onlarla cinayət törətmişdir. O, yalnız bunlardan 30 cinayəti boynuna almışdır.  Nekrofil olan Bandi öz qurbanlarını xarici görünüşü ilə aldadaraq, kimsəsiz yerlərə aparmış, burada qurbanlarını ölənə qədər bita ilə döymüş və təcavüz etmişdir. Bandi hətta qurbanlarını öldükdən sonra belə təcavüz etmiş və cəsədləri mişar ilə hissələrə ayırmışdır.  Psixi baxımdan əsil şzafreniq təsiri bağışlasada Bandi ali təhsilli biri idi və cəmiyyətdə özünə qarşı hər zaman hörmət görmüşdür. Ted 1946-ci ildə orta təbəqədən olan ailədə dünyaya gəlmişdi. Atasının kimliyi dəqiq məlum olmadığından orta məktəb illərində sinif yoldaşları tərəfindən müntəzəm şəkildə təhqirlərə məruz qalırdı. Ancaq buna baxmayaraq Ted orta məktəbi uğurla bitirir və daha sonra Vaşinqton ştatına köçür. Gənclik illərinin ilk dövrlərində yerli kilsələrdən biri üçün könüllü fəaliyyət göstərir. Hətta Sietl şəhərində krizisi mərkəzində çalışır və depressiv vəziyyətdə olan şəxslərə telefon vasitəsi ilə məsləhətlər verir.  Elə bu mərkəzdə işlədiyi vaxt Ted xırda cinayətlər törətməyə başlayır. Əsasən oğurluqdan ibarət olan bu cinayətlər Bandinin psixi durumunun tamam dəyişməsinə səbəb olur. 1974-cü ildə Bandi 27 yaşında olarkən ilk qurbanını seçir.  Həmin ilin 4 yanvar tarixində Bandi Vaşinqton Universitetinin yataqxanasına gizli şəkildə daxil olmuş və burada qalan tələbə Con Lensi amansız şəkildə döymüşdür. Daha sonra qurbanını zorlayan Bandi səssiz şəkildə qaçmışdır. Lens ölməsədə ömürlük şikəst oldu. Bandinin ikinci qurbanı Lindi Ann Hili olmuşdur.  1974-cü ilin yanvar və iyun ayları arasında 8 qadının izləyərək öldürən Bandi, bütün Amerikada həyəcan siqnalının verilməsinə səbəb oldu. Xarici görünüşünün cəlbedici olması səbəbindən qurban tapmaqda cətinlik cəkmirdi. Sietl şəhərində aşkarlanmaqdan qorxub 1974-cü ilin sonlarına yaxın Solt-Leyk-Siti şəhərinə hüquq təhsili almağa yollanır. Bandi burada dinc dayanmır və oktyabr ayında az yaşlı Melisa  Smiti su arxında boğur daha sonra isə təcavüz edir. Ted Bandi 1974-cü ilin noyabr ayında Yuta ştatında növbəti qurbanını axtarırdı. Bu zaman təsadüfən Karol Danrok adlı qadın polisinə yaxınlaşır və ona maşınında olan bir problemin aradan qaldırılmasında kömək istəyir.  Karol Bandinin ricasından sonra maşına əyləşir, ancaq maşında hər hansısa nasazlıq aşkarlamır. Bu an vəziyyətdən şübhələnən Karol cəld şəkildə özünü maşından atır və oradan uzaqlaşır.   Karol Danrok Ted Bandinin fotorobotunu hazırlanmasında və maşının tapılmasında öz həmkarlarına böyük kömək göstərmişdir. Çox keçmir ki, Ted Bandi tapılaraq həbs edilir.  Aparılan uzun uzadı məhkəmə proseslərindən sonra Bandi törətdikləri cinayətlərin böyük bir qismini etiraf edir. Məhkəmə Bandinin edam edilməsi barədə yekun qərar qəbul edir. 23 yanvar 1989-cu ildə Ted Bandi elektirik stolundan bədəninə 2.000 volt elelktik verilməklə edam olundu. Bandinin son sözləri isə heçdə bir qatilin sözlərinə bənzəmiridi: Ailəmə və dostlarıma sevgilərimi catdırın.

Yazıya 800 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.