Ruhəngiz Süleymanova — Uşaq şeirləri

Ruhəngizsül61886768_5053882962017802569_n

Anama verəcəyəm

Bir almam var qırmızı
Altı bir az qızılı.
Yaman sulu almadır,
Həm şirin, həm dadlıdır.
Bir azını yeyəcəm,
İki dişdəm edəcəm.
Yarısın da saxlayıb,
Anama verəcəyəm.

Qarışqa

Qarışqa qarış-qarış,
gəzir ətrafı yay-qış.996155_292103157663225_3933416591431641034_n
Yığıb çöpü, samanı,
gözləyir öz zamanın.
Hərə “odun” gətirir,
“divar” hörürlər bir-bir.
Rahatca tikilir “ev”,
hamı olanda əlbir.

 

 

Günəş yudu şəhəri

Günəş  çıxdı  üfüqdən

Nur  töküldü  gözündən
Sonra  açdı  sınəsin.
Dağıtdı hörüklərin
Birin düzə sarıdı,
Birin hündür evlərə.

Süleymanlı Məryəm Valeh qızı. Balaca istedadın 9 yaşı vardır. Ruhəngiz xanımın şeirlərinə çəkilmiş uşaq rəsmlərinin müəllifi odur. Uğurlar, Balaca rəssam!

Süleymanlı Məryəm Valeh qızı. Balaca istedadın 9 yaşı vardır. Ruhəngiz xanımın şeirlərinə çəkilmiş uşaq rəsmlərinin müəllifi odur. Uğurlar, Balaca rəssam!

 

Görən evə gedəndə
O dənizə enəndə,
Belə uzun saçları
Toplaya biləcəkmi?
Mavi, şıltaq dənizdə
Dağınıq saçlarını
Təkrar-təkrar köpüklə
yenədə yuyacaqmı?

 

Adım Günəbaxandır

Günəbaxandır Adım.
Qəşəngdir mənim dadım.
Hamı elə soruşur:
“başın fırlanmır sənin?
Səhərdan axşamadək
boylanırsan Günəşə.
Gözlərin də qamaşmır,
Görəsən nədən, niyə?”
“Sarı bir çiçəyəm mən.
Bostanda inciyəm mən.
Kölgəylə heç yox aram.
Çiçəyim durur daram.
Günəşin şəfəqindən
özümə biçirəm Don.
əvvəlcə daraqlayıb,
tumları sahmanlayıb,
bir az naxış vururam.
Səliqə vurğunuyam.
Toplayıb ləçəyimə
Tacımı bəzəyirəm.
Yəqin bilmirsiz axı
Mən nazlı bir çiçəyəm.”

 

 

Məstan

Məstan çıxıb taxçaya
Başın salıb boxçaya.
Açıb, töküb sapları
Özü dönüb yumağa.
Axtarıb Mərcan onu
Tapa bilmir həyətdə.
Birdən qaçan “yumağı”
Görüb qorxdu yamanca.
Atıb oyuncaqları
Dırmandı o ağaca…

 

 

Balaca dostum

Quzumun tükü qıvrım 
Buynuzları “ildırım”
Bir kəllə atdı mənə
Gözdən çıxdı qığılcım

“Ay quzu, belə olmaz.
Arada dostluq qalmaz.
Gəl səninlə barışaq
Mehribanca dolaşaq”.

 

 

İşıldaquş

Səhər  balaca  böcək

Toxuyur  sanki  əlcək.

Elə  bir  az  səs  edir

Bütün  qulağım  gedir.

Axşam  bu  kiçik “milçək”

Çıxardır  əlcəyini.

Təzə donun  geyinib

Olur  yanar  bir  çiçək.

 

 

 

Qara pişik

Qapqaradır bu  pişik

Gecədən  qaçıb,  gəlib

gecənin bir  parçasın

üstünə  sərib,  gəlib

iki  ulduz oğrayıb

o, qara  gecələrdən,

taxıb  onu gözünə

parladır  onu  hərdən..

bəzən  yaşıl, ya  sarı,

ya  göy,  ya  qonur yanır..

bəd ayaq  olduğunu

həmişə bizdən  danır…

Xallıca

Bir quzum var balaca
Qulaqları xallıca.
Hara gedib, gəlirəm
Düşür mənim dalımca.
Quzumun gözü gözəl
Tükləri qıvrım-qıvrım.
Az qalıram götürüb
Onu qoynuma qoyum.
Nə şirindir bu quzu
Yaman çox sevir duzu.
Bir gün məni görməsə
Səsi götürür düzü…

 

 

Dəcəl çəpişim.

Ay çəpişim çəpişim,
Heçmi yox işin, gücün
Tullanırsan çəpərdən
Buynuz atırsan hərdən
Bəsdir! Bir az dayan, dur,
Gəl yanımda sən otur.
Sənə mən sığal çəkim
Gözəl, dəcəl çəpişim.

 

Ay kirpi, kirpi, kirpi
iynədəndir tükləri.
Görmürsən yağış yağır?
Üstümüzə su damır?

Deşilibdir deyəsən,
Qurşağı buludların.
Çıxar iynələrini
Tikək onun yırtığın.

Yazıya 2157 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.