Bir neçə gün əvvəl əlimə buddist rahiblər haqqında maraqlı bir kitab keçmişdi.
Amma orada ən sevdiyim hekayə buddist rahiblərin artıq Yola çıxmağa hazır olduğunu, yetişkin olduğunu düşündükləri tələbələrdən biri ilə söhbəti idi. Həmin tələbə yola çıxmadan öncə buddist rahiblər onu çağırıb həyata nə qədər hazırlıqlı olub-olmadığını yoxlamaq istəyirlər. Onun Yola çıxıb-çıxmaması bu son söhbətdən asılı olur. Baş rahib tələbəyə tək bir sual verir: “20 ildir burdasan, nələr öyrəndin?”
“Yeddi həqiqət öyrəndim”, – tələbə cavab verir.
“Sadala”, – baş rahib deyir.
“Dostluqlar iki cür olur: daimi dostluqlar və keçici dostluqlar. Həyatda bir çətinlik ortaya çıxdığı anda pozulan dostluqlar daha çoxdur, daimi dostluqlar çox azdır…”
“İkincisi…”
“İnsanların çoxu qəlblərini və beyinlərini keçici dəyərlərə ayırmışlar. Bu keçici dəyərlər uğrunda özlərinin gerçək xüsusiyyətlərini güzəştə getməkdən, pis şeylər etməkdən belə çəkinmirlər…”
“Üçüncüsü…”
“İnsanlar məqsədlərinə çatmaq üçün bir-birlərini əzməkdən çəkinmirlər. Halbuki başqasına pislik edilərək əldə edilən hər şeyin gəldiyi kimi əllərindən gedəcəyini də anlamırlar”.
“Dördüncüsü…”
“İnsanlar gerçəkdə tək bir anlamı, önəmi olub-olmadığını heç düşünmədikləri, fəqət dəyərli və anlamlı hesab etdikləri şeylər üzündən bir-birlərinə zərər yetirirlər. Bu şəkildə həyatı bir-birlərinə zəhər etməyə alışmışlar. “
“Beşincisi…”
“Hər kəs yanlışın səbəbini, uğursuzluğun səbəbini başqalarında axtarır. Kimsə başına nə gəldiysə, əslində özü üzündən gəldiyini anlamır, öz günahını, yanlışını qəbul edib düzəltmir.”
“Altıncısı…”
“İnsanlar halal loxmanın və bölüşmənin dəyərini bilmir. Ən ləzzətli loxmanın halal loxma olduğunu unudurlar. Vicdanları və mədələri arasında qaldıqları zaman mədələrinə üstünlük verirlər”.
“Yeddincisi…”
“İnsanlar bir şeyə dayanmadan, söykənmədən yaşama gücünü tapmırlar. Bu səbəbdən çox zaman anlamsız şeylərə sarılır, güvənirlər. Əsl sarılmaları və güvənmələri olduqları bəlkə də tək duyğunun sevgi olduğunu anlamamaqda israr edirlər”.
“Gülə-gülə”, – deyib baş rahib : “Artıq yola çıxa bilərsən, yolun açıq olsun…”
Görəsən o gənc rahibin 20 ildə öyrəndilklərini insanların necə faizi heç olmasa ömürlərinin sonuna yaxın zamanlarda olsa belə öyrənə bilirlər?
Görəsən insanların neçə faizi həyatın əsil mənasını, gerçək insan necə olmalıdır hikmətini anlayır və əməllərində bunu göstərə bilir?
Maraqlıdır… Amma təəssüf ki, təxmini də olsa belə bir statistika yoxdur…
Sizcə neçə faizi?
Çünki əslində dünyanın və insanlığın gələcəyi bu faizlərin hansı istiqamətdə artıq-azalacağından asılı olacaq!
Anlayanların isə,
YOLU AÇIQ OLSUN…
Yazıya 857 dəfə baxılıb