Görükməz ürəyin titrəyişləri,
Öz уolu-riziylə dövr eləyəqr qan,
Yuxu – bu anbaan dəyişən Protey,
Bu laylar, lehimlər, liflər, damarlar,
Bunların hamısı mənəm, üstəlik,
Xunin davasından qalmış qılıncın,
Çöllü-biyabanın, səhralıqların
Faniyə, zülmətə qovuşub itən
qızıl günəşinin xatirəsiyəm.
Mən – sahilə yan alan şxunaları,
Yelkənli gəmilər görən adamam
Mən-sıralanmış kitab və qravürlərin
Qədimi, soluxmuş boyalarıyam,
Mən – çoxdan ölmüşlərə qibtənin özü.
Amma, doğrudan da, nə qəribədir,
Bir küncdə-qıraqda oturub yenə,
Yenə sətirləri yan-yana düzmək.
tərcümə – Etimad Başkeçid
Yazıya 979 dəfə baxılıb