Hərkətsiz bir şəhər sakini,
Evinə aparmaq istəyir səkini.
Və dəfnə tələsir erkən-erkən:
bu gül daha sürətli quruyur
bu ruh daha sürətli çürüyür…
Ölüb uzanıb səkidə sərxoş,
Getməyə üzü yoxdu Allaha,
Gedir qəbirsanlığa qayıtmaz daha,
Nə deyəcək görəsən ordakılara.
Yerin qulaqları dayandıqdan sonra:
Gecə göz yaşları axacaq bir gəlinin
Ağrıyacaq ürəyi qız uşaqlarının,
Oğlun açacaq gözlərini –
yumacaq dodaqlarını.
Atası araq içib səkidə ölən — oğlun…
İtirəcək başını arzuların yetim-yetim
Qoşulacaq arzulara yalan-gerçək söylədiklərin
Gedəcək arxanca qəbirstanlığa,
Və təəssüf ilə
Yelləyəcək başını bütün istədiklərin…
Yazıya 827 dəfə baxılıb