Məmməd Dəmirçioğlu – Hardasa, kimsə hönkürür…

10256851_371570423026295_2334212959509723338_o (1)

Buludlar hönkürüb tökür içini,
Ləçəklər sokülür yağış qarışıq.
Düşür damcı-damcı göz yaşları tək,
Nəyi var lalənin, qanı bir qaşıq,
Lalər ağlaşır yaz yğışında.

.
Nəyi var lalənin xalından özgə,
Dərdi sinəsində qara köz kimi.
Yağışlar qanını yuya bilməyir,
Dərdinə qoşulub qara göz kimi,
Lalələr ağlaşır yaz yağışında…

.
Arılar öləcək sabaha kimi,
Yuyulub getdilər ballı ləçəklər,
Bir göz qırpımında candan ayrılıb
Öldü kəpənək tək xallı ləçəklər,
Lalələr ağlışır yaz yağışında.

.
Yuyur gözlərimi yağışlar yenə
Ürəyim yağışa düşən lalədi,
Mənim gözü yaşlı, bəlalı sevdam
Özü öz odunda bişən lalədi-
Lalələr ağlaşır yaz yağışında.

***

Bu gecənin qoynunda,
Sən oyaqsan, mən oyaq.
Bizə yazığı gələr,
Allahı oyatmayaq.

.
Şirin xatirələri
Düyünlə qaşlarında.
Qoy qəhərin boğulsun,
Duzlu göz yaşlarında.

.
Sən orda can verirsən,
Mən də burda, mələyim.
Gəl ölümün qoynuna,
Baş qoyub dincələyim.

***

Bir xəyal uçurtmuşam
Kərəmin tərlanı tək.
Sənin baxçana qonub
Bu tərlanım, ey mələk?

.
Xəyalım sarı bülbül,
Bənövşə saldı bəndə,
Uçdu sənin baxçana,
Yuvası qaldı məndə…

.
Daha könlüm boşdu, boş,
Köç etmiş obalar tək.
Üzü göyə baxıram
Boş qalan yuvalar tək.

.
Oyy! Bu nisgil, bu hicran
Bağrım başın oydu, ooyy!!…
Bir xəyal uçurtmuşam,
Varım-yoxum oydu, ooyy!!…

***

Hardasa , kimsə hönkürür
Gah dayanır, kah ağlayır.
Gah gizli-gizli hıçqırır,
Gah olur agah, ağlayır.

.
O kimdi, elə yaslıdır
Özünü dərdə asdırır
Könlündə sevgi basdırır,
Dilində günah, ağlayır

.
Hardasa qövrulur ürək,
Hardasa saç yolur külək.
Hardasa kövrəlir fələk,
Hardasa Allah ağlayır.

***

Heç kimi olmur tanımaq,
Üzündən bal dadır hamı.
Elə yalanlar danışır,
Allahı aldadır hamı.

.
Uyduq iblislər felinə,
Sovrulduq əsən yelinə.
Düşüb zamanın selinə
Bir qeyli-qaldadır hamı.

.
Girin, baxın qəlbinizə,
Kim inansın saxta bizə.
İnanmır Allah da bizə,
Görün nə haldır hamı.

***

Günəşin sönən şəfəqi
Yenə odlayıb payızı.
Ömrün qışına gəlmişəm,
Yenə adlayıb payızı.

.
Son fəsil oldu yoxluğun,
Üstümə çən, qar yeridi.
Sənsizlikdə bulan könül,
Dünyanın ən dar yeridi.

.
Səhərim qalıb gecədə,
Günəşim batıb gedəli.
Tanrım dünyanı unudub,
Sən məni atıb gedəli.

.
Əsdin, ötdün bir andaca,
Ayrılıq küləkləri tək.
Sarılmışam xəyallara,
Sarmaşıq çiçəkləri tək.

.
Daha qalmayıb ümidim,
İtənim tapılan deyil,
Mənim könlümün sarayı
Uçdusa, yapılan deyil.

 

***

Bu bahar yaylaqlar yadıma düşüdü,
Dindi xatirələr, dil fağır oldu.
Ağladı şehlərlə Leyli qönçələr,
Bülbül cəh-cəh vurdu, gül fağır oldu.

.
“Məzəm” tamaşaydı, “Göy dağ” şəkildi
Dağdağan o döşdə qıvrım kəkildi.
“Ayğır bulağı”-ndan duman çəkildi,
Açıldı köysündən, tül fağır oldu…

.
Ot-ələf göyərdi köç yollarında,
Bədöylər kişnəməz doloylarında.
O ötən illərin aloylarında,
Ocaqlar qaraldı, kül fağır oldu.

***

Hər zərrəsi müəmmadı,
Allahı sirri saxlayır.
Gündə min yol savab eylə,
Qəzadan biri saxlayır.

.
Çox eylədim ələk-vələk,
Bir könüldü gözəl mələk.
Hər gecəmi sabahadək
Eşqimin nuru saxlayır.

.
Düz ola yalan sevgilər,
Açıla solan sevgilər.
Allaha olan sevgilər
Dünyanı diri saxlayır.

Yazıya 724 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.