Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud qeyri-adi addım atıb.
Kral vəzifəyə gəlməsi münasibəti ilə məmur, təqaüdçü və şagirdlərə 2 maaş məbləğində mükafat ödənməsini əmr edib.
Kralın əmrinə əsasən, vətəndaşlara ödənməsi üçün dövlət büdcəsindən 30 milyard dollar vəsait ayrılıb.
Kral Salman həmçinin, vətəndaşlara verilən pul cəzalarının da (133 min dolları keçməmək şərti ilə) bağışlanılmasına qərar verib. Kral xarici əsilli vətəndaşların əfv edilərək ölkədən çıxarılmasını və haqqlarında ölkəyə giriş qadağası qoyulmasına da qərar verib.
Salman bin Əbdüləziz Al Səud elektrik və su xidmətlərinə görə, büdcədən 5 milyard dollar pul ayrılmasını tapşırıb. Bununla yanaşı, futbol klublarına, kitabxanalar da vəsait ayırılıb.
Kral Twitter hesabından açıqlama yayaraq xalqına səslənib: “Dəyərli xalqım, nə etsəm də sizin haqqınızı ödəyə bilmərəm. Daha çoxuna layiqsiniz. Dinə və vətənə xidmət üçün Allahdan mənə və sizlərə kömək etməsini diləyirəm. Dualarınızda məni unutmayın”, – deyə Kral Salman qeyd edib.
Yazıya 684 dəfə baxılıb