Sərxan Əhmədov-yeni şeirlər

SERXANVarlığımı əyiblər

“Yanar dağ”arxasından
Çıxmışam yana-yana.
Ömür-gün paylamışam
Ləyaqətli insana.

 

Sal qayalardan keçib,
Ölmüşəm-dirilmişəm.
Hər cür etibarsızı
Ərsəyə gətirmişəm.

 

Axırda “iş üstündə”
Çıxarıblar gözümü.
Qoymayıblar azımı
Açb, deyəm sözümü.

 

 

Sevinməyə haqqım var

Qış qurtarır,qarşıdan
Nazlı baharım gəlir.
Gül-çiçəyə bürünmüş
Sövlətim-varım gəlir.

 

Mənə ümid bəsləyən,
Haqq yoluna səsləyən,
“Xoş gəlmisiniz”deyən
Əhdim-ilqarım gəlir.

 

Qarış-qarış boy atan,
Arzu-kamına çatan,
Taleyimi oyadan
Sevgili yarım gəlir.

 

Xəstənin çarəsi nədi?
Ölə-ölə yaşayırıq,
Qazan dibi qaşıyırıq.
Gündəlik karxanalarda
Kərpic,ya daş daşıyırıq.

 

Güc qalmayıb qolumuzda,
Namərdlər var yolumuzda.
Ət tökülüb,sümük qalıb,
Can qalmayıb “halımızda”.

 

Taleyin də üzü dönüb,
Haqqın səsi yerə enib.
Təbiətin verdiyi can,
Təsadüfən salxıb,sönüb.

 

 

 

Ümüdüm Allahadır

 

Allahımın imanıyla
Hər dərdə dözüb gəlmişəm.
Namərdlərin ətəyindən
Əlimi üzüb gəlmişəm.

 

 

Papağım başımdan “baha”,
Əbədi susmuşam daha.
Söz oğrusu at oynadır,
Mənimki qalıb Allaha.

 

 

Ağrılar,acılar artır,
Hərə öz önünə dartır.
Bu nə müdhiş gəlhagəldi,
Çaqqallar var gödən yırtır.

Yazıya 606 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.