Aytən AYDIN–Ümid yağışı (“KÖRPƏLƏR EVİNDƏN MƏKTUB” layihəsi )

Günay Səma Şirvan                       “ Körpələr evindən məktub “layihəsi haqqında bir neçə kəlmə

yazar, publisist

Müasir dövrdə intellektual insanın həyatında sosial şəbəkələri mütərəqqi rolu danılmazdır. Burada cəmiyyətin ön düşüncəli insanlarının yığışdığı, maraq və dünyagörüşünün daim  inkişafda olduğu müxtəlif qrupların varlığı isə hörümçək misallı şəbəkələrdən vaxt itirmədən və dəyərli faydalanmaqda mayak rolu oynayır.l_c3d6e7d3
Belə qruplardan biri “Azərbaycan dili və ədəbiyyatı müəllimləri birliyi qrupu”dur.  Sosial şəbəkədə artıq iki ildir ki,fəaliyyət göstərən qrupun ətrafında Azərbaycanın müxtəlif regionlarinda və xaricdə yaşayan  savadlı müəllimlər  birləşmişlər.Burada, müxtəlif zamanlarda  qrupun yaradıcısı  Günay Qənbərovanın “Ən yaxşı hekayə”,  Əli Quliyevin “Mənim kitabxanam”,  Ülviyyə Əvəz Əliyevanın “Mənim əl işim”, Aytən Qasımovanın təşkil etdiyi “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışmaları keçirilmışdir. “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışlarının sonunda Lənkəran şəhərində  yerləşən “Osman Mirzəyev adına qarışıq tipli uşaq evi”ndə sığınacaq tapmış 52 valideyn himayəsindən məhrum uşağa  yardım toplanmış və bir qrup müəllim tərəfindən sovqat şəklində ünvanına çatdırılmışdır.
Kultur.az-ın media dəstəyi ilə sizə təqdim olunan “Körpələr evindən  məktub” layihəsi  daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə  SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

Aytən AYDIN — Ümid yağışı …

Yağışı sevmirəm.. Heç sevmirəm…

Bu gün yenə yaman yağır. Axşam düşəndən başlayıb. Elə yaxinliqdakı zibillikdə də itlər yağışla birgə başlayıblar. Heç səsləri kəsilmir. Sünbül də bu gün gözümə dəyməyib.Sünbül- bizim itimizin adıdır .Hamimizin..Ancaq ən çox mənim… O da qocalıb artıq. Səbri baba deyir ki,bu yaşa gəlmişəm, belə vəfalı it görməmişəm. İnsan kimi qanır elə bil.. Səbri baba-bizim qapıçımızdır,sirdaşımız,qəhrəmanımızdır.Hamımızın..Amma ən çox mənim.

Biz kimik? Biz-Uşaq Evinin sakinləri..Bəziləri “yetimxana” deyir bura. Elə deməyin,nə olar,elə deməyin!! Axı burada yetimlərdən başqa mənim kimilər də var… “atılmışlar”….Bax,məsələn, Səlim yetimdir. Ata-anasını qəzada itirib..Səbiş də yetimdir. Anasi onu dünyaya gətirində ölüb.Amma yenə də biz bir yerdə yola baxırıq,gözləyirik. Arada deyirəm,kaş mən də yetim olaydım, kaş..Heç olmasa,atilmadığimi bilərdim.

13 yaşım bitir bu gün..Böyüyürəm.Naharda təbrik etdilər məni.. Öz aralarında pul yığıb mənə hədiyyə də almışdılar..Saat..Qol saatı..Onsuz da işimiz zaman saymaqdır..

Bu gün fikir verdim..Sən demə,biz hamimiz eyni baxiriqmiş..Gözlərimiz eyni niskilli, baxışlarımız eyni hüzünlü,ele hey qapı güdməkdən, pəncərədən baxıb yolu izləməkdən yorğun,gizli-aşkar aglamaqdan bitmiş, ümidsiz baxır..Dolmuş qara bulud kimidir gozlərimiz.Fərqlidir bizim gozlərimiz..Elə ürəyimiz də..Simuzər müəllim deyir ki, ürəkdə dörd kamera olur.Bizdə isə urək beş kameralidir..Biri boşdur hər zaman..ANA boşlugu,ATA yoxlugu-AİLƏ həsrətidir yerin adı.

*                            *                            *

Səbri baba həyəti gəzir. Sünbülü axtarır yəqin..

Sarı rəngi də sevmirəm..Heç sevmirəm..

Səbri baba danişıb. Yağışlı bir gün imiş.Küləkli,covğunlu bir gün.Yenə küçə itləri belə hürür, aramsiz ulayirlarmiş. Sünbül də yerində yox idi.Heç uzaqlaşmazdı həyətdən.Vəhşi itlərdən yaman qorxardı.Səbri baba deyir ki, dözməyib, gedib axtarmağa.O yagişda,palçıqda.Zibilliyin yanindan keçəndə zingilti eşidib..Sünbül imiş.İslanmiş karton qutun içində əsim-əsim əsirmiş. Soyuqdanmi.qorxudanmi bilmədim, yaxinlaşanda anladim..-deyir.Qutunun bir küncündə yenicə doğulmuş,islaq balalar vardı.Sünbül ana Картинки по запросу дождливый деньolmuşdu..Amma qutuda yenə nəsə vardi,parcaya bukulu bir şey..tərpənirdi..Əyilib götürmək istədim..Sünbül dişlərini necə qıcadı, necə hürdüsə, çaşdım.Ele bil balasini əlindən alırdım.Bir təhər bükülünü aldım..Açanda elim əsdi,az qala yerə salacaqdım..İnana bilmədim,dünya başıma fırlandı..Buu..körpə idi,..körpə..Yeni doğulmuş bir mələk..Sünbülün vəhşi itlərdən,soyuqdan,yağışdan qorumağa çalışdığı bir günahsız..Öz balalarından ayırmadığı, sahibləndiyi bir məsum.. O..mən idim..MƏƏƏNN,MƏƏN..Mən idim o atılmış körpə,mən idim o taleyin burulganına itilmiş yazıq..O şüursuz heyvanın belə rəhmi gəlib qoruduğu,özünün gözü açılmamış küçüklərindən ayırmadığı, amma sənin-ey məni dünyaya gətirən qadın!…sənin lazımsız bir əşya kimi atdığın o məzlum..mən idim..!

Bağışla,sənə ANA deyə bilmədim..Bağışla..

*                            *                            *

Döşəyini ehmalca qaldırıb orada gizlətdiyi nimdaş,didilmiş bir parça çıxardı..Sarı rəngdə idi,solmuşdu.Üz-gözünə sürtüb qoxusunu həsrətlə içinə  çəkdi.Bir müddət eləcə qaldı.Bəlkə də anasinin qoxusunun hopduğunu düşünərək atildiği gün büküldüyü bu sarı bələyi hələ də saxlayırdı..Gözlərindəki qara buludun yağışı da yağırdı bu köhnə bələyin üstünə…Ümid yağışı..

Paslı qapı cırıldadı. Səbri baba idi.Sünbülü tapmışdı..Yağış da artıq kəsmişdi.

 

 

 

 

Yazıya 1100 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.