Vahid ƏZİZ — Yollar həyatıma: “Bitdim” – demirsə

http_photos.milli.az_images_99222_05

AY ADAM!!!

Duyduqların, gördüklərin nəmənə,
Dərya ağlım, nə kəisrsən dünyadan?
Bir halda ki, nə sənədir, nə mənə –
Qarasına nə gəzirsən, ay adam?!

Göydən düşən alamların kalıydı,
Acı həyat o zamanlar balıydı!
Yığdıqların bu dünyanın malıydı,
Aparmağa tələsirsən, ay adam?!

Kotan sınmaz, torpaq çoxdan şumlanıb,
Şamlıq iplər o vaxtlardan mumlanıb,
Ağılsızlar təzə bilib şadlanıb;
Sən köhnədən nə bilirsən, ay adam?

Övladındı gözlərini oyduğun,
El-obandı yaman günə qoyduğun,
Bəs etmədi Nəsimini soyduğun?
Başım üstə nə əsirsən, ay adam?

Nəynənyusanaxanqanlarsilinmir,
Yer üzünə qalmaq üçüngəlinmir,
İndiyədəkmənşəyimizbilinmir;
Arsız-arsıznə gülürsən, ayadam?

Görmürsənmi – birmüqəddəsməkanvar,
Get, agahol, nə qədərki, məqamvar,
Daş cildində çinarboyluadamlar –
Çoxaldıqcakiçilirsən, ayadam!

Cavabvermir, səsləyirəm: “adam”, mən,
Hamıyamı özgəyəmmən, yadammən?
Məhəbbətin şərabını dadanmən –
Bəlkə səndə içkilisən, ayadam.

İSTƏDİM ÖZÜMLƏ APARAM ONU…

Qaytara bilmədim dəli çovğunu -pərtəm,
gül yanında yaxşı düşmədi,
istədim özümlə aparam onu –
olmadı, çiçəyin yaşı düşmədi.

Buralar o vaxtdan hələ də qardı,
bəxtəvər yerlərdə bəlkə bahardı!
Ömrün payızına dözmək olardı,
amma ki, imanlı qışı düşmədi.

Sındım qızılgülə könül verəndə,
sevgim dəfn olundu yaşıl çəməndə,
bülbül izləri var ləçəklərində –
özgələr dərdimi başa düşmədi.

Könlümün harayı sərgərdan, səfil,
çoban tütəkləri ötməkdə dil-dil,
təkcə Məmməd ARAZ yanıqlı deyil;
çoxları zər tutdu, qoşa düşmədi.

Çiçək pıçıltıyla: “Nə qəmdi?” – dedi,
“Nə görkəm, nə qəhər, sitəmdi?” – dedi.
öpdüm, Vahid ƏZİZ, “Siftəmdi” – dedi,
sən bilən – başıma daşı düşmədi!?

YOLLAR HƏYATIMA: “BİTDİM” – DEMİRSƏ…

…əzəl yer üzünə cığırlar düşüb,
sonralar böyüyüb – yollara dönüb,
siftə bir-biriylə anlar bölüşüb,
dərdləşib, birləşib – aylara dönüb.

İnsanlar paylaşıb duzu-çörəyi,
ucalıb həyatda yol arayanlar,
dünya – kainatın çarpan ürəyi,
ürəyi yaşadan damardı yollar.

Hərdən könüllərə mehman getmişəm,
cığırlar dolaşıq, yollar daşlıdı,
bəzən gözləmişəm, bəzən küsmüşəm;
səslər eşitmişəm: “hayıf, yaşlıdı”.

Çırpdı toxuduğum palaz-kilimi,
keçə döşəkcəmi altına saldı,
dünya – həyatımın Yetmiş ilini
“Sağ ol” – söyləmədən ömrümdən aldı!

Mən bura dolaşıb – gəzməkçün deyil,
əbədi qalmağın şərtiylə gəldim;
mənasız-məzmunsuz keçdi neçə il,
amma ki, yolumun yerini bildim.

Kövrəldim, çox oldu erkən sınanlar,
xeylisi buralı ola bilmədi,
cazibə qüvvəsi zəif olanlar
vaxtın orbitində qala bilmədi.

Hər biri bir yana varıb – getsə də,
mütləq – işıq yeri, od-ocağı var,
yollar həyatıma “Bitdim…” – demirsə,
olsun ki, başqa bir umacağı var…

 

 

Yazıya 641 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.