Orxan İsmayıl – Ərli qadını sevmək

orxanİnsanlar, məngənəsində sürükləndiyiniz maddi, pisixoloji, ailə-məişət, sağlamlıq, ekoloji depressiyalar yaşantı axarını qurutmaqda və səthini aşağı dartmaqda cəngavərlərdir. Onlar sirayətedici pıçıltıları ilə puritan təbəqələri, azyaşlı fahişələri, idbar ağızlarını açıb-yummaqla manat maqnatına çevrilən ifabazları, cirənin ucunda qazanan fəhlələri, mütləq ki, namuslu və aznamusluları (onlar kimlərdir axı?) tanımağa hamımızı təlimatlandırır.

Daha çox sərvətli və ya lütüryan olmaq fəlsəfi epizodlarla oxşardır. Düşünək: arzuları sərvəti ilə uzlaşan adamlar…o adamlar ki, ən ağır durumda dünyaya lənətlər ittihaf etməklə, bir də yoğun boyunlarındakı tər damcıları nişastalanmış haşiyəli köynəklərini islatmaqla hər şey bir neçə verst arxaya, təntənəli axara qayıdır. Yaşamaq üçün mükəlləfiyyətlər yerinə yetirməyə məhkumla da vəziyyət oxşardır. Ağır həyat akkordları ömürləri boyu qeyri-həndəsi silsilə ilə əvəzləşirlər.

Və sevgi oxşarlığı…Anlaşılması iradi səbr tələb edən əks cinsə münasibət. Nəhayət, ərli qadına aşiq olmaq. Melanxolik səslənir. Həm də təhlükəli.

O qadınlar ki, xoşbəxt, bədbəxt, şanslı, ümumiyyətlə kim olduqları fərq etməz. Lənət şeytana, sən onu sevirsən. Donqar alınlı, qaba çənəli, qıllı əlləri ürək bulandıran ərini necə də əzişdirərdin. Vaxtsız qəhrəmanlıq oyunu, bəlağətli, qalibanə baxışların təsirinə ram olan bir cüt buqələmun gözlər.

” N.-nin başqa qadınlardan əsas fərqi, məni başqa qadınların ümumiyyətlə maraqlandırmaması idi. İkidüyümlük burnu, şux, hərəki çiyinləri, heç vaxt eşitmədiyim sirli gülüşünün şəkli “o, xoşbəxtdirmi?” sualına hər yerdə axtardığım mənfur cavabı vermirdi. Hə, bu haqqında ondan bir dəfə də soruşmamışam. Ən pisi odur ki, 3 ildən sonra da “hə”, “yox”-larla hasarlanmışam.”

Daha bir neçə illik axtarışlar gərəkdir bəlkə də….əlbəttə buna görə əvvəlcə yaşamağı bacarmalı.

Ərli qadınlar planetdəki xoşbəxt dişilərin hamısı deyil, heç vaxt da olmayacaqlar.

 

Yazıya 1072 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.