Ziya Alar – Aktrisa

ziya alar Məşqlərinin başlamasına az qalmış rejissor gözlənilmədən qərarını dəyişdi.O, ulduz aktrisa Çinarənin tərəf müqabili kimi əvvəlcə tələbə aktyor Nicatı seçsə də sonra bu fikirdən daşındı.

-Nicat,incimə.Hələ Çinarəylə oynayacaq təcrübən yoxdur,özün şahidi olacaqsan.Sən də məşqləri izlə və inanıram ki,bu məşqlərin  içində yetişib aktyorluq sənətinə tam yiyələnəcəksən.

Gözlənilməz qərardan pərt olan Nicat əvvəlcə etiraz eləmək fikrinə düşdü.Lakin rejissorun onun həyatını dəyişən yaxşılığını xatırladı.Həmin vaxt  Nicat İncəsənət universitetinin tələbə truppasında aktyor kimi  kiçik rol almışdı.Bu kiçik rol ona böyük qapı açdı.Tamaşaya fəxri qonaq kimi çağırılan tanınmış rejissor Nicatı burada tanıdı.Yeni istedadı baş rejissoru olduğu teatra dəvət elədi.“Bu uşaq aktyor doğulub,ona təkan lazımdır.” –Nicatı sənətçilərə təqdim eləyərkən deyirdi.O gündən bu günə kimi rejissoru olduğu teatrn truppasına cəlb eləmiş,beləcə,profissional səhnəyə yolunu açmışdı Nicatın.Qayğıkeş Müəllim kimi daim üstündə əsir,yetişməsi üçün əlindən gələni əsirgəməzdi.Rejissorun son qərarı Nicatı məyus eləsə də bir söz demədən geri çəkildi.Hər halda rejissor pis insan deyildi-buna əmin idi.Qərarına isə hamı kimi baş əymək məcburiyyətindəydi.Gözləməyi seçdi.

 

 

Səhnələşdiriləcək pyesin məşqlərinin birinci günü sevgililərin ilk görüşündən bəhs eləyirdi.

Onlar görüşün sonunda əl-ələ tutub ayrılmaq istəmədiklərini deyəcək və qız oğlanın dodaqlarına ilk və xam öpüşünü verəcəkdi.

Birinci günün məşqləri sona çatdıqda  Çinarə tamaşaçı stolunda ön cərgədə əyləşib onu izləyən Nicatı səslədi:

-Mənimlə bir az Milli Parkda gəzərsən?Ordan da şam yeməyinə  gedərik?-Nicatın əlinə toxundu.-Bunları mənimçün edərsən,Nicat?

-Əlbəttə edərəm.Amma..ancaq…-Nicat inana bilmirdi.Çinarənin yaxınına gəldi,onunla üz-üzü dayanıb gözlərinə baxdı.Zərrə qədər yalan sezmədi o gözlərdə.-Çinarə,sən ulduz sənətçi sayılırsan.Parkda,həm də  mənimlə…Bunlar nəyə lazımdır axı?!

-Səndən bu günə kimi saxlamışam.Ulduzam deyə-deyə bu sevgidən həmişə vaz keçməyə çalışmışam.Səni sevdiyimi deyə bilməmişəm,-Çinarə dedi.

Nicatın deməyə sözü qalmadı.O bütün suallarının cavabını almış,bayaqdan təklif qarşısında yaranan çaşqınlığına son qoyulmuşdu.Məmnuniyyətlə gəzinti və şam yeməyi təklifilə razılaşdı.Təklikdən,sevgisizlikdən  həmişə şikayət edən tələbə aktyor gənc,həmdə ulduz aktrisa ilə görüşəcək,sevgili olacaqdı.

Nicata narahtlıq verən ətrafdakı insanların həsədli baxışları olmasa gəzintiləri çox maraqlı keçirdi.Nicat isə bütün həsədli baxış və utancaqlığından qurtulmaq üçün sevgilisinin ona zillənən xoş təbəssümünə bircə dəfə baxardı.Şam yeməklərini də Milli Parka yaxın dəbdəbəli restoranlardan birində etdikdən sonra Nicat sevgilisinə  gəmi ilə gəzinti təklif elədi.Çinarə istəmədi.

-Yox,canım,yarım ay,yarımca  ay mənim planlaşdırdıqım kimi keçsin görüşlərimiz.Sonra sən necə desən elə də olar.-Nicatın qolunu özünə sıxdı.

Nicat razılaşdı və onlar evə yollandılar.İlk  qısa ayrılıqları Çinarenin evi qarşısında oldu.Hər ikisi ayrılmaq istəmədiklərini dönə-dönə təkrarladılar.Nəhayət məqam yetişdi:qız getmək istəyir amma oğlan incə əlləri özündən ixtiyarsız möhkəmcə sıxıb saxlayır, buraxmaq istəmirdi.Qız əlini ondan bir təhər qoparıb evə tərəf üz tutdu və bir az uzaqlaşdıqdan sonra  qəflətən ayağını saxlayıb geriyə çevrildi:Nicat hələ də onu böyük sevgi ilə süzürdü.Çinarə geri dönüb təkrar onun yanına yürüdü.Sevgilisinin hər iki əlindən tutaraq dodaqlarından öpdü və yenə evə sarı qaçdı.

Sevgilisinin xam öpüşündən həyəcanlanan Nicat gecəni yatağında hərlənərək,yatmadan-dodaqlarını yalayaraq keçirtdi.Səhər açılanda əlini cibinə apardı ki,səhər yeməyi üçün bir şeylər alsın.Amma atasının onun üçün göndərdiyi bir aylıq kirayə,yemək və yol xərcliyindən bir qəpik də qalmamışdı.Borc tapmalıydı. Təkcə öz xərclərinə görə yox,eyni zamanda ulduz aktrisanın da xərclərini qarşılamalıydı.Axı, bu gün məşqlərdən sonra yenidən görüşəcəkdilər.

Səhnələşdiriləcək  pyesin məşqlərinin ikinci həftəsi daha qızğın iş rejmində keçirdi. Sonuncu pərdənin mətninin məzmununa görə sevgililərin alovlu eşqi onların məhrəmcəsinə ehtiraslı yaxınlaşmalarından və sonunda erotik səhnəylə bitməsindən ibarət idi.

Məşqlərdə ehtirasın ağuşuna düşən Çinarənnin ehtirasını  məşqlərdən sonra Nicat qarşılayardı.  Aktrisa dar çərçivədən çıxan kimi birbaşa  Nicatın sonuncu şansı olan tələbə kreditindən istifadə etməklə onun vəhşi ehtirasini qarşılamaqdan ötrü kirayələdiyi otel nömrəsinə qaçardı və təsirinə düşdüyü obrazın həyatının tamamını Nicatla yaşayardı.

Tamaşanın nümayiş olunduğu gün Nicat birinci pərdə salınana qədər bütün tamaşaçılar kimi sevgilisini həvəslə-ayaq üstə,alqışlayaraq izləyirdi.İkinci pərdədə sevgili obrazların ehtiraslı yaxınlaşmasını görən Nicat qısqanmağa başladı.Son-erotik göstəridə sevgilisinin tərəf müqabili ilə çəkinmədən sevişməsinə dözməyib oranı hirslə tərk elədi.

Yol boyu və bütün gecəni səhnədəki xəyanətinə görə sevgilisini qınayan Nicat elə bilirdi ki,o hərəkətindən peşman olacaq,heç olmasa bağışlanmağını diləyəcək.Amma ayrılıqlarının iki günü tamam olsa da belə Çinarədən xəbər-ətər yox idi.Nicat dişini dişinə qıcayıb bir gün də gözlədi.Heç bircə zəng belə gəlmədi sevgilisindən.Nəhayət dözməyib özü axtardı.Çinarənin telefon nömrəsinə zəng çatmırdı.

 

Teatır binasına gəlib rejissordan soruşdu onu.Rejissor çağrı yolladı aktrisaya:

-Nicatdır… Gör nə deyir,Çinarə?

-Rejissorum,mən ki sizə demişəm,tamaşadan sonra bir neçə gün  məni axtarmayasız.-Onu şirin yuxudan oyadan rejissora acığı tutmuşdu.

Rejissor Çinarəyə  Nicatın yaxşı vəziyyətdə olmadığını  söyləyib anlayış göstərərək onunla danışmasını rica elədyirdi.Bu an Nicat telefonu onun əlindən qapıb iki əlilə qulağına dirədi.

-Alo,Çinarə,həyatım,sənə bir şey olmayıb?

-Nicat,nə danışırsan,nə həytım…?Heç nə başa düşmürəm.-Çinarə təəcübləndi.

Nicat telefonu digər qulağına aparıb.Bir əliylə alnını sıxdı.

-Necə yəni,Çinarə,ələ salırsan məni?Unutdun sevgili olduğumuzu!?

-Anlamadım!-Çinarə əsəbindən qışqıra qışqıra danışırdı.Elə bil kimsə ona böhtan atmışdı.

-Mənə sevgini etiraf eləmyin,ilk öpüşümüz,oteldə keçirdiyimiz sənli gecələr,dəli-dəli macəralar-daha demirəm.Özün yaxşı bilirsən!-Nicat dəli kimi gərdiş eləyirdi.

-Xatırlamıram,Niçat,canım,yəqin obrazda olmuşam da,caan!-Çinarə səsinin tonunu alçaltdı.

Onu cin atına mindirən bu oyunun acığını rejissordan çıxmaq qərarına gəldi.

-Bu nə oyundur,siz necə müəllimsiz axı!-Nicat Rejissora sarı addımladı.

-Oyunu oynayan mənəm,düz deyirsən,Nicat .Çinarənin heç bir günahı yoxdur.Çünkü o həqiqətəndə oynadığı obrazı yaşayaraq oynayır,yaşananları isə çox gec xatırlayır-iki həftəlik depressiyadan sonra.

Ən istedadlı tələbəmiz olduğun üçün özüm Çinarənin qurbanına çevirdim səni.Əsl aktyor kimi yetişməyin üçün mən Çinarənin cənginə buraxdım səni.Artıq sən ən təcrübəli aktrisalarla  belə tərəf müqabili ola biləcəksən,demək olar ki, bir aktyor kimi tam yetişdin daha , bu dərslə..!-Rejissor gülümsədi.

-Bəs mənim ondan ötrü aldığım  borclarım,kreditim?-Nicat rejissorun qolundan yapışıb silkələyirdi.-Bunları ki ,bilirsiz,müəllim! Niyə  bilə- bilə məni oda atdız.?Necə çıxacam borcların altından!?

Rejissor qəhqəhəylə gülurdü.

-Sən  bilmirsən ki, hər bir iş sərmayə istəyir,sən hələ bimirsən ki,hər bir iş pul və təcrübə tələb eləyir.-Rejissor əllərini tələbəsinin hər iki çiynini vurub onu silkələdi.-Səncə mən əclfam?.Eh..Nicat,təbrik edirəm  ,filmə çəkiləcəksən.Alacağın avans  borclarını bağlamağa yetər.

Nicat başıaşağı çıxdı teatr binasından.Heç kimin mane olmayacağı sakit bir guşədə gecələyib çəkiləcəyi filmin xəyallarını qurmaq barədə fikirləşə-fikirləşə.

Aktrisa onu axtaranda  həmin tamaşanın nümayişindən  bir aydan çox  ötmüşdü.Depresiydan ayılıb hər şeyi xatırlamağa başlayan aktrisa Nicata ondan hamilə qaldığını deyəcəkdi.Amma Nicat aktrisanın zənglərinə əhəmiyyət vermədən çəkilməkdə olduğu filmin məşqlərində oynadığı obrazın həyatını yaşayırdı.Güman ki,o da öz qurbanıyla….

 

Yazıya 720 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.