VIII Şairlər günü – Sumqayıtda

34468343_592067384494886_530795337162424320_oİyun ayının 4-də VIII Şairlər günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım günü keçirilib. Tədbirdə AYB Mətbuat Xidmətinin rəhbəri,Müşfiq Komissiyasının sədri Xəyal Rza, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız,sumqayıtın qələm adamları,S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə layihəsi olan Sabir Sarvan adına uşaq poeziya teatrının üzvləri ,məktəblilər, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər. Anım mərasimdə M.Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verilib, onun poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətindən danışılıb.Sonra tədbir iştirakçıları Sumqayıt bulvarı istiqamətindən, Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin rəmzi məzarı – Xəzər, sakit – sakit dalğalanaraq ölməz Müşfiqin əziz xatirəsini onun sevənlərlə birgə yad edib.
Bu tədbir hər il Bakıda keirilsə də, şəhərimizdə ilk dəfə gerçəkləşib.

34482973_592067744494850_220125805588512768_o

 

 

 

 

 

 

 

34633220_592067474494877_4846809914238042112_o

 

 

 

 

 

 

Xələfbəyli Mənsurə Eldarqızı

Yazıya 1041 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.