AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangirin rəhbərliyi və layihəsi əsasında azərbaycanlı yazıçı Hacı Qəni Camalzadənin “Şeytana taş atanlar” adlı kitabı Türkiyədə işıq üzü görüb.
Bundan əvvəl Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabları ilə yanaşı, bu roman müəllifin sayca 22-ci kitabıdır. Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə Nazilə Gültaç tərəfindən tərcümə olunan roman “Kamutay Yayınları” tərəfindən Ankarada çap edilib.
Qeyd edək ki, bundan əvvəl də AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi çərçivəsində Türkiyəli yazarlar Mahmut Özkoca və Bülənt Uyğurun həmmüəllifi olduqları “Əzrayılın göz yaşları” romanı nəşr olunaraq oxuculara təqdim edilib.
Layihə Azərbaycan və Türkiyə ədəbi əlaqələrinin inkişafı, qarşılıqlı tərcümə və nəşr prosesinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yazıya 6 dəfə baxılıb









