AYB Tərcümə Mərkəzinin layihəsi: “Əzrayılın göz yaşları”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında Türkiyəli yazarlar Mahmut Özkoca və Bülənt Uyğurun həmmüəllifi olduqları “Əzrayılın göz yaşları” romanı işıq üzü görüb.

Layihənin ideya müəllifi və rəhbəri AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangirdirdir. “Zərdabi Nəşr” MMC tərəfindən çap olunan kitabın redaktoru İradə Aytel, tərcüməçisi isə Nazilə Gültacadır.

Romanda 2017-ci ilin fevral ayında başlayaraq 2019-cu il mayın 10-da başa çatan real həyat hadisələrindən bəhs olunur. Əsərdə müəlliflərin bədii təxəyyülü hadisələrin təqdimində yardımçı və tamamlayıcı rol oynayır.

“Əzrayılın göz yaşları” insan taleyi, həyatın dramatik məqamları və mənəvi sarsıntılar fonunda oxucunu düşündürən süjet xətti ilə seçilir. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.